10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Dünya 16.11.2020 142

Rusiya MN və KİV 1991-ci ildən adı rəsmən Xankəndi adlandırılan şəhərimizi yenə də terrorçu Stepan Şaumyanın adıyla "Stepanakert” kimi təqdim edir... 

Rusiya sülhməramlıları Xankəndi şəhər sakini olduğu iddia edilən daha 475 erməninin bu Azərbaycan şəhərinə  qaytarılmasını təmin edib. 

Bu haqda  Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"19 avtobusdan ibarət konvoyla 475 nəfər  Stepanakertə qayıdıb. Konvoy Rusiya sülhməramlı kontingentinin və hərbi polis patrullarının müşayiəti ilə İrəvan – Stepanakert marşrutu ilə irəliləyərək Stepanakertin əsas meydanına gəldi. Rus hərbçiləri təmas xəttindən avtobusların təhlükəsiz keçməsini təmin ediblər”- məlumatda belə deyilir. 

Xatırladaq ki,  bundan öncə şənbə günü - noyabrın 14-də sülhməramlılar tərəfindən  Xankəndinə 250 erməninin olduğu  ilk 9 avtobus müşayiət olunub.

Təkrar xatırlatma: 

Göründüyü kimi, Rusiya Müdafiə Nazirliyi  və Rusiya mediası yenə də Azərbaycan Respublikasının hüquqi-tarixi şəhəri olan və 1991-ci ildən adı rəsmən dəyişdirilən Xankəndini rəsmi məlumatlarda qaniçən terrorçu Stepan Şaumyanın adıyla  "Stepanakert” kimi təqdim edir. Son günlər Rusiya mediasında digər toponimlərimizlə bağlı da eyni vəziyyətə dəfələrlə rast gəlinir. Bu, ciddi məsələdir. Bunu rəsmən onlara anlatmaq gərəkdir...

P.S. Onu  da xatırladaq ki, 10 noyabr anlaşmasına əsasən azərbaycanlılar da 1988-1994-cü illərdə erməni silahlı birləşmələri tərəfindən qovulduqları  şəhər, qəsəbə və kəndlərə qaytarılmalıdır.../sfera.az






Starxeber Bizi instagramda izləyin