17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Dünya 15.11.2020 104

Noyabrın 1-də keçirilən prezident seçkilərində namizədlərdən heç biri elektoratın 50% dəstəyini qazanmadığından bu gün Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək.

Operativ24.Az  xarici mətbuata istinadən xəbər verir ki, müxalifət tərəfindən kütləvi etirazlar barədə hədələrə baxmayaraq, seçkilərin birinci turu nisbətən sakit keçib və qalibi aşkar etməyə imkan verməyib.

Seçkilərin nəticələrinə əsasən müxalifət lideri, Hərəkət və Həmrəylik Partiyasının sədri, sabiq Baş nazir Maya Sandu 36,1% səs toplayıb. O, bu nəticələrlə hazırkı dövlət başçısı İqor Dodonu üstələyib. İqor Dodona isə seçicilərin 32,6%-i səs verib.

Dünya Bankının keçmiş eksperti olan M.Sandu ölkənin Avropa İttifaqı üzvlüyünün tərəfdarıdır. Rusdilli əhali arasında nüfuz sahibi olan İ.Dodon Rusiyanın dəstəyinə arxalanır.

Ölkədə 2 000-dən çox seçki məntəqəsi fəaliyyət göstərəcək, daha 139 seçki məntəqəsi ölkədən xaricdə fəaliyyət göstərəcək. Pandemiya təhlükəsi ilə əlaqədar seçicilərə qoruyucu maskalar taxmaq, həmçinin əlcəklərdən istifadə etmək tövsiyə olunur






Starxeber Bizi instagramda izləyin