22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Maqazin 14.11.2020 149

"Qürurluyam, Laçınımda tökülən qanların qisası alınır".

Operativ24.Az Axşam.az-a istinadən  xəbər verir ki, bu sözləri müğənni İlahə Fəda "Həyat, sevgi və göz yaşları" proqramında qonaq olarkən deyib. Laçınlı ifaçı oradakı xatirələrindən danışıb:

"1973-cü ildə Laçının Alxaslı kəndində doğulmuşam. Orada erməni qızları var idi, uşaq idik birlikdə oynayırdıq. Erməni qızı Anuşik bacısına deyirdi ki, Roza, onlarla oynama, türkdülər. 10 yaşında erməni bilirdi ki, türk kimdir. Biz düşmənçilik bilmirdik.

1988-ci ildə Bakıya oxumağa gəldim. Ermənilər davaya başlayırdı. Düşünmüşdim ki, oxuyub yurduma qayıdacam, amma olmadı. 1990-cı ildə laçına son zəngə görə Laçına getdim. Amma gördüm ki, heç kim yoxdur. Sinif yoldaşlarım döyüşdə idilər, vətəni qorumağa getmişdilər. Doğma dayım oğlu, kəndimizdə tanıdığım nə qədər insan şəhid oldu.

Doğulduğum gündən həyatımda həsrət olub. Birinci atam bizi atıb getdi, həsrəti ilə yaşadım. Nənəm Qumru dünyasını dəyişdi, üstünə həsrət gəldi. Sonra sevgilimi itirdim, onun da həsrəti gəldi. Amma vətən həsrəti başqa idi. Onu unutmaq mümkün deyildi, məni hələ də yandırırdı. Torpaq həsrətinə alışmaq olmaz. Bunu bilməzsiniz... İndi isə bir ümidim var... O torpağa gedib, dizlərimi yerə atıb üzr istəyəcəm. Gedib qəbrlərimi ziyarət edəcəm. Ocaq qalayıb, Üzeyir Hacıbəyovun "Koroğlu" uvertürasını oxutduracam.

Laçın həsrəti ilə neçə illərdir yanıram. Mən o torpağın qızıyam, laçınlıyam. Orada can verən oğullar üçün bilmirəm ki, nələr edim".






Starxeber Bizi instagramda izləyin