Xalq artisti Əli Nurun oğlu, baş leytenant Rövşən Nurzadə Vətən müharibəsində şəhid olub.
Operativ24.Az xəbər verir ki, bu haqda Əməkdar artist Vəfa Zeynalova bildirib. O qeyd edib ki, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası olan Ə.Nuranın övladı Şuşanın düşməndən azad edilməsi uğrunda aparılan döyüşlərdə iştirak edib:
"O, Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə canından keçib. Ruhu şad olsun! Torpaq Rövşən kimi oğullarla Vətən olur! Bütün şəhidlərimizin əbədi və əziz xatirəsi qarşısında baş əyirik!".