22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Siyasət 12.11.2020 210

İşğal altındakı Dağlıq Qarabağ və ətraf ərazilər uğrunda haqlı savaşımız zəfərlə başa çatdı. Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etməklə sülhə məcbur edildi. Artıq ölkəmizdə müharibə havasını qələbə sevinci əvəzləyib. Həyat normal axınınıa dönməyə başlayıb. 

Bu gün təhlükəsizlik məqsədilə qoyulan internet məhdudiyyəti də aradan qaldırıldı. İndi insanların bir çoxu komendant saatının nə vaxt aradan qaldırılacağını düşünür.

Operativ24.Az xəbər verir ki, mövzu ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, bu, hərbi vəziyyət rejimi ilə bağlı olan məsələdir:


"Bu gün ikinci gündür ki, əməliyyatlar başa çatıb. Ona görə komendant saatının ləğvi barədə danışmaq hələ tezdir. Çünki hazırda müdafiə sənayesi, mülki sənaye, nəqliyyat, rabitə, texnologiya - bütün resurslar münaqişə zonasına yönləndirilib. Bunun üçün hərbi vəziyyətin qüvvədə saxlanılması lazımdır. Bu ləğv olunduqdan sonra avtomatik olaraq resursların da münaqişə zonasına yönləndirilməsi dayandırılır. Nəticədə həmin ərazilərdə müəyyən çatışmazlıqlar yarana bilər”.


Ekspert "BakuPost”a açıqlamasında deyib ki, hərbi vəziyyətin ləğvi barədə məsələyə dekabrın əvvəlində baxılması mümkündür:


"Yəni ermənilər verilən cədvələ əsasən işğal altında olan ərazilərimizi tərk etdikdən və silahlı şəxsləri oradan çıxarandan sonra hərbi rejimin ləğvinə baxıla bilər. Çünki erməni tərəfi təqdim olunan cədvəli yerinə yetirmədiyi təqdirdə razılaşmanın şərtlərini pozmuş olur. Bu da yenidən hərbi əməliyyatların bərpası deməkdir”.


Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış razılaşmaya görə, Ermənistan Kəlbəcəri 15 noyabradək, Ağdam rayonunu, Qazax rayonunun işğal altında olan kəndlərini 20 noyabradək, Laçını isə 1 dekabradək Azərbaycana qaytarmalıdır.






Starxeber Bizi instagramda izləyin