Türkiyəli aktrisa Hazal Erişkin bədbəxt hadisə ilə üzləşib.
Showxeber.Az Axşam.az-a istinadən xəbər verir ki, rəfiqələrindən birinin evinə qonaq gedən Hazal ev sahibinin itinin hücumuna məruz qalıb.
"Rottweiler" cinsinə məxsus it onunla oynamağa çalışan aktrisanın üzünü dişləyib. Üzü tanınmaz hala düşən Erişkin yaxınlarının köməkliyi ilə xəstəxanaya aparılıb. Edilən ilkin tibbi yardım zamanı Hazalın üzünə 30 tikiş vurulub.
Qeyd edək ki, analoji hadisə ötən il aktyor Berk Oktayın da başına gəlmişdi. O, öz itinin hücumuna məruz qalmışdı. Aktyorun üzünə 35 tikiş vurulmuşdu.