22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Hadisə 7.11.2020 129

40 gündən artıqdır ki, ikinci Qarabağ müharibəsi davam edir. Azərbaycan Ordusu cəbhədə böyük şücaət göstərir, tez-tez işğaldan azad edilən ərazilərimizin adları Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən açıqlanır. Tam qələbəyə gedən yolda xalq da müzəffər ordusunun arxasındadır.

Operativ24.Az "Qafqazinfo"ya istinadən  xəbər verir ki, döyüşlərin getdiyi bir vaxtda qadınlarımız da məğrurluğu ilə diqqət çəkir. Bunu sosial şəbəkədə yayılan və ən çox müzakirə olan iki foto da təsdiq edir.

Fotoların birində ana Vətən müharibəsində şəhid olan oğlunu öz çiyinlərində son mənzilə yola salır. Oğlunun şəhid olmasına baxmayaraq, yaşlı qadın öz məğrurluğunu göstərir, başını dik tutur.

Digər fotodakı qəhrəman qadının adı isə Firuzədir. O da digər fotodakı kimi, məğrur duruşu, cəsarəti ilə seçilir. Firuzə həyat yoldaşını son mənzilə çiyinlərində yola salır...

Cəbrayılı, Qubadlını, Füzuli, Zəngilanı, Suqovuşanı, Talışı və daha neçə-neçə kəndi, yüksəlikləri düşmən işğalından azad edən bu qadınların oğulları, həyat yoldaşları, qardaşlarıdır. 

Biz onları sosial şəbəkələrdən tanısaq da, bir ömür vəfa borcluyuq. 






Starxeber Bizi instagramda izləyin