Xocalı faciəsinin təşkilatçılarından biri - Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyanın yaxın adamı, mayor Vaqe Sirunyan da məhv edilib.
Operativ24.Az xəbər verir ki, bu haqda Ohanyanın feysbuk səhifəsində paylaşım edilib.
Qeyd edək ki, hərbi cinayətkar Seyran Ohanyanın özü və oğlu Artur ötən gün Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisindəki döyüşlərdə yaralanıblar./axsam.az