22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Hadisə 6.11.2020 235

Ermənilərin iyrənc oyunları bu dəfə Gəncə hadisələrində dünyasını dəyişən 13 yaşlı Artur Mayakovun üzərində qurulub.


Operativ24.Az Sfera.az-a istinadən  xəbər verir ki, uşağın anası milliyətcə rus olan Anna Mayakova ermənilərin təsiri altında sosial şəbəkələrdə yalan məlumatlar yayır, övladı və övladının atası Ramil Quliyevlə bağlı həqiqətə uyğun olmayan məlumatlar paylaşır.


Bəs əslində həqiqət nədir? Apardığımız araşdırma zamanı bu həqiqəti ortaya çıxardıq. Belə ki, Artur Mayakov 2007-ci il də Rusiyanın Yessentuki şəhərində dünyaya gəlib. Uşağın atası Ramil Quliyevdir. Artur Mayakov dünyaya gəlməzdən öncə, yəni 2006-cı il də Ramil Quliyev dünyasını dəyişib. Lakin Ramilin anası və digər yaxınları Artur Mayakovu daim axtarır, dəfələrlə Yessentuki şəhərinə gedir, nəvəsinin ad günlərini qeyd edir, bir sözlə, mütəmadi olaraq Artur Mayakovu diqqət və qayğı ilə əhatə etməyə çalışırlar. Quliyevlər ailəsi bir neçə dəfə qadına övladına atasının soyadını verməsini tələb edib. Lakin Anna Mayakova bu tələbdən daima imtina edib. Bir müddət sonra isə Anna Mayakova övladını atasının qohumlarına ümumiyyətlə göstərmək istəmir. Qadın bu addımına heç bir izahat da vermir. Sonradan məlum olur ki, Anna Mayakova yaşadığı Yessentuki şəhərində erməniyə ərə gedib və erməni olan ikinci əri azərbaycanlı bir uşağın öz yaxınlarına göstərilməsinə icazə vermir. Lakin bir müddət sonra Quliyevlər ailəsinə Yessentukidən məktub gəlir. Məktubu göndərən Artur Mayakovun nənəsi olan İrina adlı qadın olur. "Gəlin övladınızı götürün, yoxsa Arturu uşaq evinə verəcəyik”. 2016-cı il də Artur Mayakov hər iki tərəfin razılığı ilə öz vətəninə, ata yurduna gətirilir. Gəncə şəhərində orta məktəbə gedir və hər bir azərbaycanlı kimi normal həyatını yaşamağa başlayır. Oktyabr ayının 17-si isə terrorçu Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən Gəncə şəhəri ballistik raketlərlə atəşə tutulur. Raketlərdən biri Mayakovun yaşadığı evə düşür. Nəticə etibarı ilə 13 yaşlı yeniyetmə ağır xəsarət alır və bir neçə gün sonra xəstəxanada dünyasını dəyişir. Bu gün Artur Mayakov atası Ramil Quliyevin məzarının yanında dəfn edilib. Təəssüf doğuran məqam sonradan Qabrelyan soyadını götürən bir qadının, bir ananın övladı və övladının ata qohumları haqqında yalan məlumatlar yaymasıdır. Görünür Anna ermənilərin təsiri altında və nələrinsə müqabilində öz övladı üzərindən ermənilərin siyasi oyunlarına alət edilib.






Starxeber Bizi instagramda izləyin