Azərbaycan millisinin noyabrda keçirəcəyi ilin son oyunları üçün heyəti açıqlanıb.

Operativ24.Az Unikal.org-a istinadən  xəbər verir ki, baş məşqçi Canni de Byazi qarşıdakı 3 görüşə çağıracağı futbolçuları müəyyənləşdirib.

Noyabrın 11-də Sloveniyaya qarşı yoldaşlıq görüşü, üç gün sonra Monteneqro, ayın 17-də isə Lüksemburqla Millətlər Liqası matçlarına 29 oyunçu dəvət olunub.

Geniş heyətə 3 yeni futbolçu cəlb olunub. Bunlar müdafiəçi Mert Çelik, “Sumayıt”ın yarımmüdafiəçisi Xəyal Nəcəfov və “Qarabağ”ın hücumçusu Musa Qurbanlıdır.

Qeyd edək ki, Musa Qurbanlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğludur.


Showxeber Bizi instagramda izləyin



İdman 6.11.2020 48
Bütün Xəbərlər