10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 5.11.2020 200

“Kənardan baxanlar üçün kəndlərin azad olunması asan görünə bilər, amma ordumuz həmin kəndlərin azadlığı uğurunda gecə-gündüz vuruşur”.

Bu sözləri Operativ24.Az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

“Biz döyüşlərin ilk günlərində eyni vaxtda bir neçə ərazini işğaldan azad edirdik. Çünki o ərazilərin bir çoxu bir-birinə yaxın və nisbətən düzənlik sahələr idi. Buna görə də orada əməliyyat aparmaq nisbətən daha rahat olurdu. Amma indi döyüşlər dağlıq ərazilərdə, yüksəkliklərdə, meşəliklərdə gedir. Belə şəraitdə döyüşmək çox çətindir. Bu şərtlər altında bir kəndin belə işğaldan azad edilməsi saatlarla, bəlkə də günlərlə vaxt aparır. Bu baxımdan vətəndaşlar bunu anlayışla qarşılamalı, səbrli olmalıdırlar. Kənardan danışmaq, fikir bildirmək asan məsələdir, bunu hamı bacarır”, - deyə Ş. Ramaldanov bildirib.

Polkovnik müharibə vəziyyətində ruh düşkünlüyü yaradan sözlərdən, yazılardan uzaq olmağı tövsiyyə edib:

“Hazırda müharibə şəraitindəyik. Bu, kiməsə oyun gəlməsin. Müharibədə hər xırda detala önəm verməli, bacardığımız qədər diqqətli olmalıyıq. 

Həmçinin, ruh yüksəkliyinə də önəm vermək lazımdır. Bu da əsas məsələdir. Arxa cəbhədə olanlar, ön cəbhədə olanlara maksimum dəstək olmalıdır, onları ruhlandırmalıdır”.//redaktor.az






Starxeber Bizi instagramda izləyin