Avropa çempionu Zabit Səmədov Türkiyənin məşhur "Kuruluş Osman" serialında rol alacaq.
Showxeber.Az xəbər verir ki, bu haqda ekran işinin ssenaristi və prodüseri Mehmet Bozdağ sosial şəbəkədə yazıb.
“Bütün dünyada uğurları ilə bizi qürurlandıran kikboks ustası Zabit Səmədov "Kuruluş Osman"a qatıldı. Can Azərbaycana salam olsun. Ordularımız müzəffər olsun" deyə, o paylaşımında qeyd edib.
"Kuruluş Osman" serialında aktyor Burak Özçivit də rol alır.