17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Maqazin 2.11.2020 107

Əməkdar artist Gülüstan Əliyeva “Evdəkilərə salam” proqramına qonaq olub.

Verliş zamanı ifaçı işğaldan azad olunan torpaqlarmızla bağlı sevincini, eyni zamanda 1-ci Qarabağ müharibəsində şəhid olan həyat yoldaşı və qardaşı ilə ilə bağlı xatirələrini bölüşüb:

“Azərbaycanın hər bir bölgəsi doğmadır, əzizdir. İllərdir işğal altında olan torpaqlarımız üçün ürəyimiz sızıldayırdı. Əlbəttə, bu gün hamımız qürurluyuq və sevincliyik. Mən isə ikiqat qürurlu və sevincliyəm. Çünki ailə üzvlərimi itirdiyim torpaqları Ali Baş Komandanımız və ordumuz bizə qaytardı.
İnsan həyatı üçün bundan böyük hədiyyə və uğur ola bilməz. 2016-cı ildə Lələtəpənin Seysulan kəndi işğaldan azad ediləndə elə bildim ki, qardaşım vəfat etməyib, sağdır. Çünki şanlı ordumuz onun qanı tökülən torpaqları geri qaytardı. Daha sonra həyat yoldaşımın şəhid olduğu torpqalar Cəbrayıl və onun kəndləri düşmən tapdağından azad edildi. Daha ailə üzvlərim şəhid olduğuna görə ağlamaycam. Çünki dərd o zaman insana yük olur ki, onun dərmanı tapılmasın”.

 
Danışdıqca göz yaşlarına boğulan müğənni həyat yoldaşının son günlərini belə xatırlayır:

“Zahid minaya düşmüşdü. Ağır dərəcəli yanıq xəsarətləri almışdı. Onu xəstəxənaya aparmaq üçün bir neçə dəfə helikopter göndərilsə də artıq gec idi. Əvvəl bir -iki günü istəməmişdi ki, mən onu görüm. Sonralar eşitdim ki, artıq ömrünün son günündə məni istəyib. Bəlkə mənə nəsə vacib sözü var idi, bilmirəm. Onda da atasıgil qoymayıb... Çox cəhd etsəm də onu görə bilmədim. Bir dəfə yatdığı otağın qapısı aralı qalmışdı. Onda azca da olsa gördüm: qapqara kömür kimi yanmışdı, sadəcə sarğıları ağarırdı. O, vəfat edəndə oğlumuz Rüfətin 40-ı yeni çıxmışdı. ”.

G.Əliyeva həyat yoldaşından sonra yeganə qardaşının da şəhid olduğunu bildirib:

“Yoldaşım şəhid olandan sonra qardaşımda sanki dəyişib başqa bir adam oldu. Özünə yer tapa bilmirdi. Tez-tez deyirdi ki, mən getmək istəyirəm. Əsgərlik yaşı gəldi əsgərliyə getdi. Murovda xidmət etməyə başladı. Bir müddət sonra aprel ayında orada genişmiqyaslı döyüş oldu. Bizim neçə-neçə igid oğullarımız bu döyüşdə həlak oldu. Onlardan biri də mənim qardaşım idi”. 
 
Müğənni Cəbrayıl rayonu azad olunarkən yaşadığı sevinci belə təsvir edib:

“Ürəyim istəyir ki, ora gedim. Cəbrayıl azad ediləndə oğlumla ikimiz də sevindiyimizdən elə qışqırmışdıq ki... 

Oğluma dedim ki, Rüfət, Cəbrayıla gedək. Dedi, tələsmə ana, dayan yollar açılsın gedərik. 

Yoldaşımın qəbri Cəbrayıldadır. Aldığımız məlumatlara görə, ermənilər hamısını dağıdıblar”.//axsam.az






Starxeber Bizi instagramda izləyin