17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Maqazin 2.11.2020 165

Teleaparıcı Xoşqədəm Hidayətqızı qalmaqala səbəb olan fikirləri ilə bağlı açıqlama verib. 

Operativ24.Az Sfera.az-a istinadən  xəbər verir ki, bu barədə paylaşım edən aparıcı sözügedən kadrların qəsdən, onun nüfuzuna xələl gətirmək üçün yayıldığını qeyd edib:


"Dostlar, sosial şəbəkələrdə ictimai nüfuzuma xələl gətirmək istəyən bir qrup peyda olub. Yəqin məni təhqir etmək, ictimai nüfuzuma zərbə vurmaq tapşırığı alıblar. Unutduqları bir şey var, bütün efirlərimiz arxivdə saxlanılır. 26 ildir artıq mən bu savaşdayam, bu və ya digər formada peşəkar fəaliyyətimə mane olanlar olub, var və olacaqlar da... Təbii ki, bu günlərdə də bu cür naqisliklərlə qarşılaşıram”.


O, ləkələmə kampaniyasının sifarişli olduğunu, bunu kimin etdiyini müharibə bitdikdən sonra açıqlayacağını qeyd edib:


"Bu kampaniyaya sifarişin də hardan gəldiyini bilirəm. Ancaq bu gün gözümüzün, qəlbimizin Qarabağda olduğu vaxtda erməni dəyirmanına su tökənlərdən yazmağı özümə rəva bilmirəm. İndi vaxtı deyil, yəqin ki, siz də mənimlə razısınız. Sizə söz verirəm ki, müharibə bitsin düşməndən qisasımızı alaq, o şəxslərlə bağlı açıqlama verəcəm. Hələlik isə bu ləkələmə, iftira kampaniyasını aparanlaradı sözüm - Dayanın! Bu günlərdə məni unudun! Hədəfimiz düşmənimiz -erməni olsun . Ola bilər ki, məni düşmən bilirsiz. Mən "düşməninizə” qarşı mübarizənizi müvəqqəti dayandırın.Bu gün hamımızın bir düşməni var: erməni.Qisasımızı alaq, sonra mənə qarşı savaşınıza qaldığınız yerdən başlayarsınız. Və izləyicilərimdən xahiş edirəm ki, bu məqsədli, yalan kampaniyasını aparanları şikayət edin. Erməni dəyirmanına su tökənlərə qarşı mübarizədə bir olmalıyıq!”


Qeyd edək ki, aparıcının efirdə "Hətta talışlar da Qarabağ uğrunda döyüşür” dediyi iddia edilirdi.






Starxeber Bizi instagramda izləyin