17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Maqazin 2.11.2020 131

Oktyabrın 24-də Türkiyənin İstanbul şəhərində yerləşən "İst-Baku" restoranında konsert verməklə ictimaiyyətin qəzəbinə tuş gələn Əməkdar artist Mətanət İskəndərli, nəhayət ki, açıqlama verib.
 
Operativ24.Az Azmedia.az-a istinadən xəbər verir  ki, Əməkdar artist Bakıya döndükdən sonra öz "İnstagram" səhifəsində videomüraciət yayıb.

Müğənni həmin konsertin Qarabağa həsr olunmuş tədbir olduğunu deyib:

"Mən orada yalnız vətənpərvər mahnılar ifa etmişəm, Türkiyədə yaşayan azərbaycanlıları, türkiyəli qardaşlarımızı birliyə səsləmişəm, necə ki, hər zaman bir olmuşuq. Həmçinin şəhidlərimizi yad etmişik, Azərbaycanın və Türkiyənin bayrağını qaldırmışıq. Ora gələn insanlar vətən həsrətli insanlar idi. Aralarında şəhid, milli qəhrəman ailəsinin üzvləri də var idi. Həmin məkanın sahibi şəhid qardaşıdır".

Mətanət İskəndərli qeyd edib ki, konsertdən yığılan vəsaitdən Azərbaycan Ordusuna ianə edilib:
"Bizim Ordumuzun, dövlətimizin heç nəyə ehtiyacı yoxdur. Amma bu, içimizdən gələn bir istək idi".
Müğənni qalmaqallı konsert ilə bağlı yayılan məlumatları da qınayıb:

"Bizə belə söhbətlər yaraşmaz. Biz hamımız yumruq kimi birləşməli, fikrimiz, zikrimiz əsgərlərimizin yanında olmalıdır. Mənim də silahım nəğmələrimdir. Allah hər kəsə bi iş həvalə edir. Biz müğənnilərin də işi vətənpərvərlik mahnıları ilə insanları ruhlandırmaqdır. Mən də bu vəzifəni layiqincə yerinə yetirirəm. Qələbə konsertləri ilə görüşmək ümidi ilə".

Qeyd edək ki, Əməkdar artist Mətanət İskəndərlinin bu açıqlaması da izləyicilər tərəfindən səmimi qarşılanmayıb. Bəzi həmkarları xoş sözlər yazsalar da, əksər izləyicilər "Şəhidləri oxumaqla,oynamaqla yad edirsiniz?" deyə şərhlər bildiriblər.

Xatırladaq ki, çoxsaylı tənqidlərdən sonra adıçəkilən restoranın "İnstagram" səhifəsindən konsertlə bağlı anons və paylaşımlar silinib.






Starxeber Bizi instagramda izləyin