Müğənni Vüqar Muradov könüllü olaraq hərbi xidmətə yola düşüb.
Showxeber.Az bildirir ki, ifaçı bu barədə sosial media hesabında yazıb. O bildirib ki, artıq xidmətdədir:
"Artıq 10 gündür ön cəbhədəyəm. Azərbaycan Respublikasına xidmət edirəm və şərəf duyuram. Oxumaq üçün yox, vuruşmaq üçün gəlmişəm.
Tezliklə Şuşada görüşərik, özünüzdən muğayət olun. Torpaq öz oğullarını gözləyir"./Big.az