Türkiyənin İzmir şəhərində yeraltı təkanlar nəticəsində ölənlərin sayı 64-ə yüksəlib.
Operativ24.Az xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
"Zəlzələ nəticəsində 64 nəfər həlak olub, daha 940 nəfər xəsarət alıb", - deyə agentliyin xəbərində bildirilir.