17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Hadisə 31.10.2020 107

Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həyatını itirən Tükəzban Mirzəliyevadan geriyə Kəmalə adında 22 günlük körpəsi qalıb. Üstəlik bu körpə İsmayılovlar ailəsinin 5 illik həsrətindən sonra dünyaya göz açıb.

Operativ24.Az Sfera.az-a istinadən  xəbər verir ki, 25 yaşlı Tükəzban hadisə baş verən gün atası Çərkəz Mirzəliyevlə Bərdə rayon xəstəxanasına həkim müayinəsinə gedərkən ermənilərin raket hücumunun hədəfi olub. Hadisə yerində həyatını itirən Tükəzbanla atası Çələbilər kəndində yanaşı dəfn olunublar.

Tükəzbanın həyat yoldaşı Elçin İsmayılov xanımının və qayınatasının ölüm xəbərini Tərtərdə cəbhə xəttində ikən aldığını və dərhal evə qayıtdığını bildirib.

İsmayılov əks-hücum əməliyyatları başlayan gün – 27 sentyabrda cəbhəyə yola düşdüyünü, 8 oktyabrda qızı Kəmalənin dünyaya gəlişindən sonra isə evinə qayıtğdığını deyib. Onun sözlərinə görə, həyat yoldaşını yalnız bir gün görə bilib və yenidən cəbhəyə qayıdıb.

Tükəzbanla orta məktəbdə tanış olan Elçin 2 il nişanlı qaldıqdan sonra 2015-ci ildə ailə qurublar.

"Uzun müddətdir uşağımız olmurdu, ötən il süni mayalanma üçün Azərbaycandakı bütün xəstəxanaları gəzdik. Həyat yoldaşım hamilə qaldı və qızımız dünyaya gəldi. Çox sevinmişdik. 5 ildir bu anı gözləyirdik. İndi qızımız yetim böyüyəcək. Anasını qoxusuna doymadan itirdi. Onun nə günahı var? Anasından yadigar qalan yeganə fotosudur”, - deyə Elçin İsmayılov bildirib.
 


Qeyd edək ki, oktyabrın 28-də Ermənistanın Bərdəyə növbəti dəfə raket hücumu nəticəsində 21 dinc sakin həlak olub, 70 nəfər yaralanıb.






Starxeber Bizi instagramda izləyin