22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Kriminal 30.10.2020 295

Daxili İşlər Nazirliyi sosial şəbəkə fəalı Nurlan Qəhrəmanlının (Libre) oktyabrın 29-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılaraq orada döyülməsi ilə bağlı iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən Operativ24.Az-a bildirilib ki, sosial şəbəkələrdən istifadə edən çoxsaylı vətəndaşlar Daxili İşlər Nazirliyinə müraciət edərək Nurlan Librenin sosial şəbəkələrdə erməni millətindən olan şəxslərlə mütəmadi əlaqə yaratmasıdan, dostluq qrupu təşkil edərək onların dövlətimiz barədə yazdıqları mənfi statusları bəyənib paylaşmasından narahatlıqlarını ifadə ediblər. Bu müraciətlərlə əlaqədar N.Qəhrəmanlı dünən polis idarəsinə dəvət edilib və izahatı alındıqdan sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb.

O, bundan sonra barəsində daha ciddi məsuliyyət tədbirləri görüləcəyini düşündüyündən qabaqdangəlmişlik edərək belə əsassız iddialar səsləndirib.

Nurlan Qəhrəmanlı bu gün Daxili İşlər Nazirliyinə dəvət olunub, müvafiq idarənin əməkdaşı tərəfindən izahatı alınıb və onun dünən polislər tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə iddiaları təsdiqini tapmayıb.

Nəzərinə çatdırılıb ki, vətəndaşların müraciəti əsasında aparılan bu araşdırmaların nəticəsində ona yalnız xəbərdarlıq edilir. Eyni zamanda ona bir daha bildirilib ki, ölkəmizdə söz və mətbuat azadlığı tam təmin edilsə də, bundan sui-istifadə edərək xalqımız üçün çox həssas olan belə bir dönəmdə insanların narahatlığına səbəb olan, vətəndaşlarımızda qıcıq yarada biləcək yazıların yazılması, statusların paylaşılması qətiyyən yolverilməzdir.//unikal.org






Starxeber Bizi instagramda izləyin