17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 30.10.2020 226

Noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Operativ24..Az-a verilən məlumatına görə, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq.

Noyabr ayının birinci ongünlüyünün birinci yarısında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin dağlıq rayonlarda yağış yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. 

Gecələr havanın temperaturunun 7-12, ayın əvvəlində 16 dərəcəyədək, gündüzlər 18-23, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 14-16 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 28-38 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 7-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 5-10, üçüncü ongünlüyün bəzi günlərində 0 dərəcəyədək, gündüzlər 18-23, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 9-14 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 18-28 mm) olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 0-4 dərəcə şaxta, gündüzlər 10-15, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 2-7 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 8-13, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 2-5, gündüzlər 18-23, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 8-13 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-24 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 6-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində yüksək dağlıq ərazilərdə 2-7 dərəcə şaxta, gündüzlər 15-20, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 7-12 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 29-73 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 9-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 9-14, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 3-6, gündüzlər 19-24, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 12-16 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 25-45 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 8-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturu 9-14, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 3-6 dərəcə isti, dağlarda 0 dərəcəyə yaxın, gündüzlər 16-21, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 10-13 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 55-170 mm) olacağı gözlənilir.






Starxeber Bizi instagramda izləyin