22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Dünya 29.10.2020 126

"Ermənistanın raket hücumu... Partlayış, qışqırıq və qan...".

Operativ24.Az xəbər verir ki, bu sözlər "The New York Times"ın işğalçı Ermənistan tərəfindən raket atəşinə tutlan Bərdədən hazırladığı reportajda yer alıb.

Jurnalist Karlotta Qall hadisə zamanı gördüklərini belə izah edib:

"Keçən ay Azərbaycan ilə Ermənistan arasında başlayan müharibəni işıqlandırmaq üçün fotoqraf İvor Prikettlə birlikdə Azərbaycana getdim. İki ölkə arasındakı qarşıdurma 1988-ci ildə Azərbaycanın daxilində ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ ərazisi uğrunda başladı. 1994-cü ilə qədər Ermənistan bir milyona yaxın azərbaycanlını evlərindən didərgin saldı.

İndi Azərbaycan itirilmiş əraziləri geri almaq üçün genişmiqyaslı bir müharibəyə başlayıb.

 
Azərbaycanda cəbhəyə yaxın bir sıra yaşayış məntəqələri demək olar ki, gündəlik raket zərbələrinə məruz qalır. Cəbhədən bir az aralıda yerləşən Bərdəyə hücum isə bu dəfə daha genişmiqyaslı oldu.
"Görürsən ki, ermənilər bizə nə edir" 55 yaşlı Kamil Kərimov qışqırdı. "Burada hərbçilərdən birini görürsən? Niyə bunu edirlər? Yalnız mülki insanları görürsən". Daha sonra o, əlavə etdi: "Xaos yaratmaq istəyirlər".
Klinikanın zirzəmisində sığınacaq alan bir kardioloq olan 44 yaşlı Yaqubiya Həmidova - cəbhəyə daha yaxın olan Tərtərdən təhlükəsiz olacağını düşünərək Bərdəyə gəlib. "Xahiş edirəm bizə kömək edin" dedi. "Dünyada heç kim bizə nə olduğunu bilmir"...
Küçədə yanan avtomobil hələ də tüstülənirdi... Küçədə qan ləkələri...".
Xilasetmə işçiləri Bərdədəki hücumda avtomobilində yanan bir nəfərin cəsədini götürməyə çalışır.

Jurnalist bildirib ki, şəhərin hər yerində dəhşətli görüntülərlə qarşılaşıb:
"Maşına oturub şəhərdən çıxmağa çalışırdıq. Ancaq qarşıda daha dəhşətli səhnə gördük... Dağılmış avtomobillər, maşının içərisindəki cəsədin üstünü bağlamışdılar. Bir cüt ayaqqabı və daha çox qan başqa bir tərəfdə... Yol qaraldı və havadan partlayıcı qoxusu gəldi.
"Niyə ona belə etdilər?" iki kişinin qolundan tutub sakitləşdirməyə çalışdığı qadın deyirdi... "Xalq! Xahiş edirəm nə etdiklərinə baxın. Niyə onu öldürdülər? Xahiş edirəm Allah, bizə kömək et"...
Xilasedicilər maşının qapısını açıb, içəridəki cəsədin üstündən örtüyü götürdülər... "Balam" deyərək qadın qışqırıb ağladı.
Küçə boyu daha iki nəfər səkidə uzadılmışdı. Bir kişi və bir qadın, qırılmış budaqlar və düşmüş yarpaqlar arasında yorğanların altında uzanırdılar.
Biri, 31 yaşında idman müəllimi olan Fuad İzmayılov, anasının evinin qapısının kənarında öldü. Anası başının üstündə durub ağlayırdı...".

"O bizə bir şey olduğunu söyləməyə gəldi və öldü" - anası Təbiət İzmayılova dedi.
Dul qadın İzmayılova 30 ildən çoxdur ki, ilk Qarabağ müharibəsi başlayanda oradan gələn məcburi köçkün olub. "Hər kəsi itirdim, indi də..." deyərək, sözlərinə əlavə etdi...
 
Oğlunun evləndiyini görə bilmədiyini, onun evini bəzəyə bilməyəcəyini deyib ağlayırdı" ingilis jurnalist yazıda qyed edib.
Fuad İsmayılovun evinin zədələnmiş halı...

Karlotta qeyd edib ki, raket hücumu nəticəsində Bərdədə 21 nəfər həlak olub, 70-dən çox insan yaralıdır:
"Atılan raket rus istehsalı "Smerç" olub...".
Dostlar və ailə üzvləri cənab İsmayılovun cəsədinin üstündə ağlayırlar...

Rövşən İsgəndərov Bərdəyə atılan raket nəticəsində dünyasını dəyişən 7 yaşlı qızı Aysunun tabutunu daşıyır






Starxeber Bizi instagramda izləyin