UEFA Millətlər Liqasının V turunda keçiriləcək Azərbaycan - Monteneqro oyununun məkanı bəlli olub.
 
Operativ24.Az-ın məlumatına görə, matç noyabrın 14-də Xorvatiyanın paytaxtı Zaqrebdəki "Maksimir" stadionunda olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan yığması ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandanın IV turda Kiprlə qolsuz heç-heçə etdiyi görüş Albaniyanın Elbasan şəhərində gerçəkləşib.


Showxeber Bizi instagramda izləyin



İdman 26.10.2020 53
Bütün Xəbərlər