10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 26.10.2020 359

Xəbər verdiyimiz kimi, oktyabrın 25-də koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, 946 nəfər koronavirusa yoluxub, 7 nəfər isə dünyasını dəyişib.

Yoluxma sayının artmasının qarşısını almaq üçün yenidən "sms icazə" sistemi tədbiq edilə bilərmi?

Operativ24.Az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan Adil Qeybulla bildirib ki, yoluxma sayının 946-ya çatması sərt karantin tədbirlərinin görülməsinin zəruriyyətini yaradacaq:

"Sərt karantin tədbirləri görülməsə, yoluxma sayının artması davam edəcək. Bu artım tək Azərbaycanda deyil, düyada mövcudur və virusun ikinci mərhələsi hesab olunur. Düşünürəm ki, bizdə yoluxmanın qarşısının alınması istiqamətində addımlar atılacaq. Həmin tədbirlərdən biri kimi ictimai nəqliyyatlarda qayda-qanunlar yaradılmalıdır. Çünki ictimai nəqliyyat yoluxma mənbəyi kimi qalır. Sərnişin sıxlığının aradan qaldırılmasına görə avtobus sayının artırılması vacibdir. Bu yolla da sərnişinlər arasında sosial məsafəni təmin etmək mümkün olacaq. 

Ən önəmlisi isə qapalı məkalarda maskanın taxılmasına və sosial məsafənin təmin edilməsinə nəzarət güclədirilməlidir. Əks təqdirdə, bu həftədən başlayaraq "sms icazə" sisteminə keçirilə bilər. Bundan əlavə, digər müəssisələrin də bağlanması barədə qərarların verilmsi də mümkündür. Bütün bu addımlar yoluxma sayının artmasının qarşısını alan zəruri addımlardır".






Starxeber Bizi instagramda izləyin