Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçını keçirib.
Operativ24.Az xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayıb.
Ardıcıl 7-ci dəfə avrokubokların qrupunda çıxış edən Qurban Qurbanovun yetirmələri İsraildə Təl-Əviv “Makkabi”si ilə görüşüb. İ qrupunun I turu çərçivəsində keçirilən görüş erkən qolla başlayıb.
Matçın taleyini də bu bir qol həll edib. İlk yarının əvvəlində fərqlənən meydan sahibləri bu qol sayəsində qələbə qazanıb – 1:0.
Qeyd edək ki, II turun oyunları oktyabrın 29-da keçiriləcək. “Qarabağ” ilk ev görüşündə İspaniya təmsilçisi “Vilyarreal”la üz-üzə gələcək. Matç Türkiyənin İstanbul şəhərində baş tutacaq.