22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Siyasət 21.10.2020 125

Müdafiə Sənayesi naziri Mədət Quliyev bu gün Özbəkistanın Azərbaycanda yeni təyin olunmuş səfiri Bahrom Əşrəfxanovu qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən Operativ24.Az-a verilən məlumata görə, Mədət Quliyev səfir Bahrom Əşrəfxanovu təyinatı münasibətilə təbrik edərək, onun iki qardaş ölkə arasında əlaqələrin daha da  möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib.

Görüşdə hərbi-texniki sahədə ikitərəfli əməkdaşlığın perspektivləri geniş müzakirə olunub.

Nazir erməni terrorçuları tərəfindən 27 sentyabr 2020-ci il tarixindən bu günə qədər Tərtər, Ağdam, Mingəçevir, Ağcabədi, Beyləqan, Gəncə şəhərlərini və bir sıra kənd və qəsəbələri ayrı-ayrı silah növlərindən istifadə edərək atəşə tutmaları, dinc əhaliyə, mülki infrastruktura məqsədli şəkildə zərbələr endirmələri, Gəncəyə raket hücumu və onun ağır nəticələri haqqında səfirə geniş məlumat verib.

Bildirilib ki, Ermənistanın hücumlarının qarşısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmaqdadır. Cəbrayıl, Füzuli, Zəngilan şəhərləri, onlarla kənd, qəsəbə və yaşayış məntəqələri işğaldan azad edilib, qədim Xudafərin körpüsünə Azərbaycan bayrağı sancılıb.

Səmimi qəbula görə təşəkkür edən səfir Bahrom Əşrəfxanov diplomatik fəaliyyəti dövründə Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməcəyini bildirib.//unikal.org






Starxeber Bizi instagramda izləyin