22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Maqazin 15.10.2020 127

Xalq Artisti Aygün Kazımova son zamanlar çox təpki çəkən Filip Kirkorovla bağlı məsələyə aydınlıq gətirib.

Operativ24.Az  xəbər verir ki, Aygün Kazımova erməni mətbuatında yer alan Kirkorovun atasının Qarabağa yardım etdiyi iddialarını təkzib edib.


Xalq artisti şəxsi "Instagram" hesabından paylaşım edərək rus həmkarına bu sözlərlə dəstək oldu:

"Əziz izləyicilərim, son zamanlar Filipp Kirkorovun atası Bedros Kirkorovun Qarabağa etdiyi humanitar yardımla bağlı çıxan xəbərlərə aydınlıq gətirmək istəyirəm.

Filipplə əlaqə saxlamağı özümə borc bildim və telefon danışığımızı olduğu kimi sizə təqdim edirəm:
"Aygün, sən hansı humanitar yardımdan danışırsan? 
Mənim atam iki aydır xəstəxanada reanimasiyada yatır.

O, öz canının hayındadır.
Ürəyindən əməliyyat olunub.
Elə bir şey yoxdur və ola da bilməz!
Bu xəbərlər yalandır! Böhtandır!
Belə bir addım atılmayıb!
Bu xəbərləri biz təkzib etmişik,
bütün rus, hətda erməni mediasında bu haqqda məlumatlar da var, açıb oxuya bilərsiniz.
Qarabağda baş verənlər məni də çox üzür və mən yalnız sülhün tərəfindəyəm 🙏 "
Bu xəbər Filipi də çox sarsıtdı.
Əziz həmvətənlərim, çıxan xəbərlər tamamilə yalandır!

Əzizlərim, bir xəbəri araşdırmadan bir-birimizi top atəşinə tutmayaq!

Unutmayaq ki, bizi düşmən izləyir!
Yeri gəlmişkən Filipp bu günə qədər nə "Can Rossiya" nə Bolqarıstan nə də "Can Ermənistan” oxumayıb.

Amma "Can Canım Azərbaycanım" ifa edib. Bu mahnıya görə ermənilər Filipi top atəşinə tuturlar, Instagram səhvələrində və saytlarında təhqirlər yağdırırlar.

Müharibə tək ön cəbhədə deyil, həm də sosial şəbəkələrdədir - informasiya müharibəsi.
Odur ki, ermənipərəst insanların oyununa alət olmayaq."






Starxeber Bizi instagramda izləyin