17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Dünya 10.10.2020 159

Rusiyadan Ermənistana “humanitar yardım” adı altında silah tədarükü davam edir.

Operativ24.Az xəbər verir ki, bu barədə Minval.az etibarlı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, bu ərəfədə Rusiyadan Ermənistana 300 ədəd tank əleyhinə idarə olunan "Kornet" raket sistemi çatdırılıb. Silahlar 9 oktyabrda Moskvaya uçan, 10 oktyabrda isə Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyanın Yerevana qayıtdığı Ermənistan Xarici İşlər Nazirliyinin 701 nömrəli A319 hökumət təyyarəsi vasitəsilə daşınıb. Yaxın vaxtlarda “Kornet” tank əleyhinə idarə olunan raketlə yanaşı, “İqla” portativ zenit raket sisteminin də olacağı başqa bir silah partiyasının Ermənistana təslim edilməsi gözlənilir.

Xatırladaq ki, Ermənistan, Qarabağdakı açıq hərbi məğlubiyyət fonunda, ölkəyə əsasən Rusiyadan əlavə silah tədarükü idxal etməyə çalışır. Ancaq həm Gürcüstan, həm də İran Ermənistana öz ərazilərindən hərbi yüklərin daşınmasını qadağan etdikləri üçün, Ermənistan silahları VIP uçuşlar da daxil olmaqla mülki təyyarələrlə, habelə rəsmi məlumatlara görə, Rusiyadan humanitar yardım aparan təyyarələrlə daşıyır. Bu əməliyyatların təşkilatçıları Ermənistan Müdafiə naziri David Tonoyan, sahibkar Samvel Karapetyan və "boz iş adamı", silah qaçaqmalçısı David Qalustyandır.
Bütün bu təhlükəli və təxribatçı fəaliyyət məhz Rusiya diplomatiyasının vasitəçi rolunu oynadığı və Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab Mnatsakanyan arasında rus həmkarı Sergey Lavrovun vasitəçiliyi ilə görüş təşkil etdiyi dövrdə həyata keçirilir.

İndi isə məlum olub ki, danışıqlardan sonra Moskvadan ayrılan Zohrab Mnatsakanyan təyyarəsinə 300 “Kornet” yükləyərək onları Yerevana aparıb.  

Bu cür fəaliyyətin Rusiya rəsmi orqanlarının xəbəri olmadan həyata keçirilməsinə inanmaq isə çox çətindir. Üstəlik, Rusiyanın rəsmi orqanlarının humanitar yardım adı altında erməni mülki təyyarələrinin Ermənistana silah daşımağından xəbərsiz olmasını təsəvvür etmək isə daha çətindir. Hər bir hava limanında gömrük, sərhəd nəzarəti, hava təhlükəsizliyi xidməti var ...

Necə ola bilər ki, onlar hamısı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Çikaqo konvensiyasını kobud şəkildə pozan bu cür əməliyyatlardan xəbərsizdir?

Ən əsası, Rusiyanın vasitəçiliyi ilə bağlı sual yaranır: Bu necə olur? Moskva bir tərəfdən münaqişə tərəflərini barışdırmağa çalışır, digər tərəfdən Ermənistana silah tədarükünə davam edir? Bunu nə üçün bilərəkdən qaçaqmalçılıq sxemi üzrə edir? Sual Rusiya hökumətinədir.

Hansı ki, ən azı "humanitar yardım" adı altında mülki uçuşlarla silah tədarükü ilə bağlı vəziyyəti Moskva "barışıq" danışıqları fonunda aydınlaşdırmalıdır.






Starxeber Bizi instagramda izləyin