Moskvada Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirləri – Sergey Lavrov, Zöhrab Mnatsakanyan və Ceyhun Bayramovun arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üçtərəfli görüş başlayıb.
Operativ24.Az xəbər verir ki, görüş Rusiya XİN-in Qəbul Evində keçirilir.
Xatırladaq ki, Qarabağa dair məsləhətləşmələr Prezident Vladimir Putinin dəvəti əsasında keçirilir.