22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Manşet 18.08.2020 1 478

Sumqayıtda bələdiyyənin şöbə müdirinin üç illik pensiya köçürmələri yoxa çıxıb.

Vətəndaş Elton Hacıyev Qafqazinfo-ya müraciətində bildirib ki, 15 ildən artıqdır ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsində ümumi şöbənin mütəxəssisi və şöbə müdiri vəzifəsində işləyib.

Qəsəbə bələdiyyəsinin baş mühasibi Novruzov Teyyub Qələmhüseyn oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onun 2014-2016-cı illər üzrə əmək haqqısından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödəniş tutsa da, vəsaiti Fondun hesabına köçürməyib.

Teyyub Novruzov isə sayta açıqlamasında bildirib ki, burada problem DSMF-dən qaynaqlanır, o ödənişləri etsə də, sistemdə qeydə alınmayıb. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, məsələ araşdırılarkən müəyyən olunub ki, Hacı Zeynalabdin bələdiyyəsi tərəfindən təqdim olunan “Məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat”da (Forma B1) 2014, 2015, 2016-cı illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) təqdim edilməyib. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanuna əsasən sığortaedənin vəzifəsi - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən orqana sığortaolunanlar haqqında bu qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etməkdir.
Hacı Zeynalabdin bələdiyyəsi 2014-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ların (Forma B3) təqdim edilməsi üçün “Elektron Hökumət Portalında” (e-gov.az) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərində qeyd olunmuş “Məcburi dövlət sosial sığorta üzrə hesabatların təqdim edilməsi” bölməsinə daxil olaraq təqdim edə bilər.

Qeyd olunan illər üzrə hesabat təqdim edildikdən sonra hesablanmış məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlar sığortaolunanların fərdi şəxsi hesabında əks olunacaq.






Starxeber Bizi instagramda izləyin