10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Maqazin 8.07.2020 2 620

"Hərə öz peşəkarlığını, çərçivəsini təqdim edəcək qədər tamaşaçılara yaxın olanda o olur öndə. Əgər daxili dünyasını, sənətini, çərçivəsini təqdim edib, özünü sevdirə bilmirsə, oyundan kənardır. Əgər bu şou-biznesi oyunla müqayisə etsək, bu belədir. Heç kim birdən-birə peşəkar olmur. Əgər sənətə gəlirsənsə, yavaş-yavaş möhürünü vurursansa, olursan peşəkar".

operativ24.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Axşam-axşam" proqramında deyib. İfaçı şou-biznesdə sevilməkdən danışıb.
Roza trendə düşən müğənnilərdən də söz açıb. "Hər şey 200 dolların başında dayanır. Onunla trendə düşmək mümkündür. Amma İnstaqramda məşhurlaşanlar ömürlük deyil.
Biri var gözəl bağbanın becərdiyi güllü, mənzərəli bağ. Biri də var yağış yağanda torpaqdan çıxan alaq otları. Onlar da alaq otlarıdır. O, otları bağban onsuz da yolur. Bunlar da ələnəcəklər, qalacaqlar peşəkarlar. Bağbanın becərdiyi məhsullar isə peşəkarlardır" deyə, o, əlavə edib. 
"Güclü, yoxsa xoşbəxt qadın olmaq yaxşıdır" sualına müğənni belə cavab verib:
"Xoşbəxt qadın olmaq daha yaxşıdır. Evdən küsüb getdiyim anlar çox olub. İldə iki-üç dəfə olur. Sözümün anlamını başa düşməyəndə, baş götürüb gedirəm".
Roza onunla bağlı "Dostum deyil, sənətindən danışmayacam. Yaxşı aparıcıdır" söyləyən Niyam Salami haqda "Xırtdəyinə kimi yalan danışır. Çox yaxın dostumdur. Sadəcə, Niyam bağında bir qazanda yemək qaynadıb yeyəni, samavar çayı içdiyini dost hesab edir. "Maşın" şouda mənə görə çıxıb gedib. Dosta görə bu addım atılar. Mən müğənni olanda, Niyam aşpaz idi. Buna nəsə demirəm. Mən də müğənni olmasaydım, aşpaz olardım. Niyam həm yaxşı müğənni, həm aşpazdır. Son günlər o qədər qara çay içir ki, fikri qaralıb" sözlərini bildirib.






Starxeber Bizi instagramda izləyin