17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Maqazin 8.06.2020 147

Xalq artisti Brilliant Dadaşova son zamanlar "Youtube"da haqqında yayılan şayiələrə cavab verib.

operativ24.az xəbər verir ki, müğənni video çəkərək İnstaqramında yerləşdirib. Dadaşova ona şər atıldığını deyib:

"Gözəl kəndimiz Buzovna. Əvvəl damda yatırdıq, səhər 6-da gün düşürdü, məcbur aşağı enirdik. İndi internet dövrü gəldi. İnternetdə üzdəniraq elə insanlar gördük ki… Səsi kişi səsidir, amma özü qadın. Bu yaxınlarda mənə bir video göndəriblər. Bir kişi qadınlar kimi dedi-qodu edir, şər-böhtan, hər şey... Videoda o deyir ki, guya məni Bilgəhdəki bağdan götürürmüş. Görünür ki, o insanın Bakının 32 kəndi haqqında anlayışı yoxdur. Bilgəh ilə Buzovna başqa yerdir. Bizim Bilgəhdə heç vaxt evimiz və bağımız olmayıb. Heç bir gün orada qonaq da qalmamışıq.

Bunu ona görə deyirəm ki, yalançı hekayələri danışanda həqiqəti bilin. Sizə qulaq asanlar yalnız özünüz kimi olanlar deyil. O biri deyir ki, bunlar beş-altı bacı idilər. Biz dörd bacıyıq. O dəqiqə bilinir ki, qondarma hekayələr danışırlar.

Biri də deyir ki, guya məni kimsə Xalq artisti edib. Bu adı almağa görə, guya mən kiminləsə görüşmüşəm. Səhnəyə çıxdığımdan 23 il sonra "Xalq artisti" adı aldım. İstedadım olmasaydı, peşəkar musiqiçilər yetişdirməsəydim, sənətdə yeni səhifə açmasaydım belə, əmim Məlik Dadaşov heç olmasa mənə "Xalq artisti" adı verdirərdi.

Əziz dostlar, əfsuslar olsun ki, onlar ana dilimizdə danışırlar. Ən qorxulusu budur. Bir ananın dünyaya gətirdiyi insandır. Heyif o ananın südündən".









Starxeber Bizi instagramda izləyin