10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Mədəniyyət 2.06.2020 3 196

Ölkə ərazisində aparılan rəy sorğusu zamanı respondentlər birmənalı olaraq uşaqların maarifləndirilməsi üçün müasir aranjemanda olan uşaq mahnılarını əldə edə biləcək resurslara çıxışlarının olmadığını qeyd etmişdilər. Bu məqsədlə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi onlayn aksiyaya start verib.

operativ24.az xəbər verir ki, aksiyanın məqsədi uşaqların estetik zövqünün formalaşması, asudə vaxtının səmərəli keçirilməsi və maarifləndirilməsi naminə valideynlərin yeni aranjemanda olan uşaq mahnılarına əlçatanlığının təmin olunmasına, ictimaiyyətin uşaq mahnılarına diqqətinin cəlb olunmasına xidmət edir.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş aksiya iyunun 30-dək davam edəcək. Aksiya boyunca birliyin sosial şəbəkə hesablarında (@uydib ) hər gün bir uşaq mahnısı yerləşdiriləcək. Aksiya nəticəsində azyaşlı uşaqların valideynləri, uşaq bağçalarının əməkdaşları, ibtidai sinif müəllimləri və musiqi müəllimləri yenidən nəfəs verilmiş retro mahnılar ilə bərabər, həmçinin yeni uşaq mahnılarına, bəzi mahnıların karaoke versiyalarına da çıxış əldə etmiş olacaqlar. 

“Can Bala” , “Noğullar”, “Gülən Notlar”, “Dostlar” qrupu və digər uşaqların ifasında Fikrət Əmirov, Oktay Zülfüqarov, Məryəm Əlibəyli kimi bəstəkarların uşaqlar üçün yazdığı bəstələr yer alacaq.

Uşaq mahnılarının uşaqların həm mənəvi tərbiyəsi, həm də estetik zövqünün inkişafı üçün təkanverici qüvvə olması danılmaz faktdır. Uşaq mahnıları uşaqları maarifləndirməklə yanaşı, onları nikbin arzular ərtafında birləşdirir və onlara ülvi hisslər yaşadır. İfa olunan və səhnələşdirilən mahnılar uşaqları doğmalaşdırır, sosiallaşdırır, onlara həmrəylik, əməkdaşlıq kimi müsbət hissləri və faydalı sosial-psixoloji vərdişləri aşılayır.






Starxeber Bizi instagramda izləyin