22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Maqazin 25.05.2020 60

"30 ilə yaxın idi ayrılmışdıq. O, rəhmətə getdi. Nə qədər ağladım, elə bilirdim sakitləşə bilməyəcəm. Bütün günü ağlayırdım. Heç ayrılandan sonra görüşməmişdim. Bir-iki dəfə telefonla danışdıq. Bir dəfə bizə gəlmək istəyirdi, qapıda idi. Kərim (oğlu - red.) qoymadı evə girsin".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Ulduzlu yayım" proqramında deyib. Müğənni dünyasını dəyişən keçmiş ərindən bəhs edib və göz yaşlarını saxlaya bilməyib:

"Çox pis oluram ki, ondan halallıq ala bilmədim. Allah ona rəhmət eləsin, övladlarımın atasıdır. İnanıram ki, onunla axirətdə görüşəcəyik. Əvvəl sevməmişəm, qohum idik. Evlənəndə bir-birimizi görməmişdik. Nişandan 4 ay sonra görüşdük. Sonradan onu çox sevdim. Qısqanırdım, dəli kimi olurdim.

O biri nikahdan olan oğlu Hüseyn ona çox oxşayır. Elə bilirəm ki, öz balamdır. Onu Kərim gətirdi bizim yanımıza, əvvəl soyuq görüşürdü. İndi məni elə çox istəyir ki... Onun ikinci həyat yoldaşı Gülsüm xanımla da münasibətim yaxşıdır. Mənə pislik etməyib ki... Ailəmi dağıtmayıb ki, onla düşmən olum. Gülsüm də bir dəfə ailəli olub, övladı olmayıb və ayrılıb. Sonra mənim keçmiş həyat yoldaşımla tanış olublar və Hüseyn dünyaya gəlib". 









Starxeber Bizi instagramda izləyin