22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Manşet / Maqazin 11.04.2019 694

162 saylı məktəbdə intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ətrafında söz-söhbət bitmir. 

Axşam.az-ın məlumatına görə, sənət adamları da məsələyə biganə qalmayıblar. Onlar İnstaqram səhifəsində paylaşım edərək ölkə başçısına müraciət ünvanlayıblar. 

Əməkdar artist Tünzalə Ağayeva məsələyə baxılması üçün müraciət ünvanlayıb və bunları qeyd edib:

"Dövlətimizin və qanunlarımızın bu məsum balanın ölümünə səbəb olanları ciddi məsuliyyətə cəlb edəcəyini mən də gözləyirəm. Həyatımda Sura kimi bir məsum qızımızı da itirmişəm... İndi Elina... Hələ nə qədər belə xəbər olacaq?!!! Bəli, o məktəbdəki qansızlar, səbəbkar olan hər kəs cəzasını çəkməlidir və çəkəcəklər də, İnşallah. Üzümü valideynlərimizə tuturam, biz analar, atalar öz uşaqlarımızı nə qədər tanıyırıq? Bəli, məhz tanıyırıq? Onlarla evdəki, ailədəki münasibətimizə nə qədər həssas yanaşırıq? Böyüməkdə olan oğlan və qızlar öz ata-analarının sevgi, anlayışlı münasibətini nə dərəcədə, hansı səviyyədə görə bilirlər, ordan bəhrələnə bilirlər? Axı hər övlad öz ailəsinin güzgüsüdür deyirik? Əgər oğlan evdə atasının anasına pis münasibətini daim görürsə, onun məktəbdə qızlara nə münasibəti olacaq? Yaxud, ataları və ya anaları tərk etmiş qızlar, oğlanlar ətraflarına hansı münasibət göstərirlər və ya onlara nə münasibət var?
 
Bu gün ailə, məktəb, cəmiyyət hələ də bir yerdə ola bilmirik demək... Belə faciəvi nəticələrə qatlanmaq yolunu seçməməliyik. İlk addım, hər şey ailədən başlayır, məktəb ciddi məsuliyyət daşıdığı kimi, biz valideynlər də uşaqlarımızın məktəbdəki, cəmiyyətdəki davranışını, özgüvənini, psixoloji vəziyyətini çox yaxşı bilməliyik və övladlarımıza doğru münasibət göstərməklə həyatı məsuliyyət daşıyırıq".

Aparıcı Lamiyyə Ələkbərova "Bu körpənin ölümündə günahı olan hər kəs cəzalanmalıdır. Allah sənə rəhmət eləsin körpə" sözlərini yazıb. 

Aparıcı Kamilə Babayeva isə "Son vaxtlar nəfəsim daralıb, mənim baharım gəlsə də, könlüm açılmır. Özümüz cənnət və cəhənnəmimizi yaradanlarıq. Nədənsə ikinciyə meyil çoxdur. Nə baş verdi, nə oldu, nə dəyişdi? Niyə doğrunu görməzdən gəlib, yanlışların qurbanı oluruq?" sözlərini qeyd edib.
 
Əməkdar artist Elza Seyidcahan isə fikirlərini belə ifadə edib:
“Ay bu mələk kimi qızcığazı ölümə sürükləyən, ondan həyatla, ölüm arasında çarpışan vaxtında material toplamaq planı ilə xain dolu suallar verən “ana”, bu hadisə övladınızın başına gəlsəydi, ona da belə suallar verəcəkdiniz? İnanmıram. Heç bizim həkimlərə də yox, xaricə çatdıracaqdınız. Bu vəziyyətdə başqasına torba tikmək istəyib, amma öz torbasını tikib”.

Xalq artisti Naibə Allahverdiyeva isə məktəbli uşağın başına açılan oyunu qınayıb:

"Bu balanın qanı yerdə qalmamalıdır. Günahkarlar cəzasını almalıdır. Bu yaşda olan uşaqlarda psixoloji dəyişikliklər baş verir. İnstaqram bağlansın, yoxsa gələcəyimiz məhv olacaq".

Müğənni və aparıcı Murad Arif isə baş verən hadisələrdə məktəb müdirlərini günahlandırıb:

"Ölkəmizdə məktəb müdirlərini kim və hansı prinsiplə təyin edir? Şübhəsiz ki, təhsil ocaqlarındakı sistematik problemlərin məsuliyyəti medirlərin üzərindədir... 

Məncə, bu təyinatların forması və üsuluna yenidən, yaxşı-yaxşı baxılmalıdır. İslahat deyiriksə, islahat budur. Fərdi araşdırmalar effekt vermir artıq. Bu adamlar (Məktəb müdirləri) özlərini ağa kimi hiss edir. Ümumi danışmaq istəmirəm, amma əksəriyyəti belədir! Bu ənənəni pozmaq lazımdır. Başa salmaq lazımdır ki, sən məktəb müdirisənsə, dədənin idarəsi deyil! Sən pulla, “tapş”la təyin olunmusansa, əbədi deyilsən... 

Özləri anlamırsa, sistem, şərtlər, qanunvericilik bunu diqtə etməlidir".
Xalq artisti Nərgiz Cəlilova "Onun da xəyalları, arzuları var idi! Biz niyə bu qədər acımasız, laqeyd olduq?! Biz niyə bu qədər sevgi bilməz olduq?!" deyərək, üsyan edib.
Xalq artisti Pərviz Məmmədrzayev də məsələ ilə bağlı fikir bildirərək bunları söyləyib:
"Mən xalq artisti Pərviz Məmmədrzayev ölkə rəhbərliyinə üzümü tutaraq, Bakı şəhəri 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümündə bilavasitə günahkar olan həmin təhsil ocağının direktoru və digər şəxslərin heç bir güzəşt olunmadan qanun çərçivəsində ən ağır şəkildə cəzalandırlmasını xahiş edirəm. Cənab prezident, uşaqlarımızı xilas edin".
Prodüser Tarix Əliyev isə "O direktor başda olmaqla, qızın ölümündə kimin əli varsa, hamısını tutub, türməyə salmaq lazımdır. İndi bir iş var, bu yaşayan qızın təhlükəsizliyini kim qoruyacaq? Sabah bu qızın başına iş gəlsə, kim cavab verəcək? Bu oğlan kimdir, kimin oğludur? Tapıb, məsuliyyətə cəlb olunmalıdır. Bunlar pozğun məktəb müəllimləri və direktor imiş. Bu qızın ölümündə məktəbdə çalışan hər kəs günahkardır. Bir qızın həyatını bilə-bilə əlindən alıblar!" deyərək, fikir bildirib.
Xalq artisti Zülfiyyə Xanbabayeva isə "Heyif, çox heyif. Ürəyim parçalandı. Xilas etmək olardı!" sözlərini yazıb.
Rəqqasə Fatimə Fətəliyeva "Allah bəlanızı versin, gül kimi qız yaşaya bilərdi, əgər tez yardıma gələn olsaydı" deyə, söyləyib.
Müğənni Xuraman Şuşalı "Allahdan qorxmurlar görəsən? Ya öz balaları yoxdur? Neynirsiniz siz, ay vicdandan uzaqlar!" sözlərini işlədib.






Starxeber Bizi instagramda izləyin