3 çəki kateqoriyasında keçmiş UFC çempionu Konor Makqreqor Həbib Nurməhəmmədovla döyüşdən 3 həftə əvvəl zədələndiyini bildirib.

operativ24.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə idmançı şəxsi Twitter hesabında yazıb.



İrlandiyalı döyüşçü "Mübarizədən 3 həftə əvvəl ayağımı qırdım. Buna baxmayaraq oktaqona getdim və gecənin son zərbələrini vurdum" deyə yazıb.

Qeyd edək ki, 6 oktyabr 2018-ci ildə yüngül çəkidə kəmər döyüşündə Konor Həbibə məğlub olmuşdu.


Showxeber Bizi instagramda izləyin



Manşet / Sosial 11.04.2019 188
Bütün Xəbərlər