22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 8.05.2019 579

Azərbaycanın xalq artisti, Gənc Tamaşaçılar Teatrının aparıcı aktyoru Qurban İsmayılova mənzil bağışlanıb.

Open.az xəbər verir ki, Prezident İlham Əliyevəmənzil şəraiti bağlı müraciət edən xalq artisti Qurban İsmayılova Yeni Yasamalda 3 otaqlı mənzil hədiyyə edilib.

Ölkə başçısına təşəkkür edən sənətkar operativ24.az-a açıqlamasında bildirib ki, "Dünya əbədi deyil. Məndən sonra bu dünyada var olan balaca oğluma atasından nəsə yadigar qalsın." söyləyənQurban İsmayılov əlavə edib ki, hazırda Gənc Tamaşaçılar Teatrında yeni əsər - "Varislər"tamaşasının məşqləri davam edir .

Tamaşanın premyerasının iyun ayında olacağını bildirən Qurban İsmayılova Avropa Kino Akademiyasından üzvlük təklifi gəlib. "Nar bağı" filmindəki obrazıma baxıb, bəyəniblər və mənə Avropa Kino Akademiyasına üzv olmaq təklifi ilə müraciət olunub. Təbii ki, elə bir nüfuzlu Akademiyanın üzvü olmaq, azərbaycanlı aktyor, sənət adamı üçün çox qürurverici hissdir. Özümlə bağlı istənilən bütün sənədləri toplayıb, göndərmişəm. İnşallah, Avropa Kino Akademiyasına da üzv olarıq. Bizim tanınmış kinooperatorumuz Kənan Məmmədov həmin Kino Akademiyanın üzvüdür."

Xatırladaq ki, Xalq artisti Qurban İsmayılov 1960-cı il iyunun 12-də Ağcabədi rayonunda anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. Bir müddət «Nəsimi» folklor teatrında, ADMİU-nun Tədris teatrında işləyib.

1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrının, 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur.1995-ci ildə Teatr Xadimləri İttifaqı tərəfindən keçirilən «I Eksperimental Tamaşalar Festivalı»nda S.Mrojekin «Mühacirlər» əsərində ifa etdiyi II mühacir roluna görə «Ən yaxşı kişi rolu» nominasiyasında mükafata layiq görülüb.

1993-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2006-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 2014-cü ilin aprel ayının 13-də Beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılıb.

2012-ci ildə əməkdar, 2018-ci il avqustun 1-də isə Xalq artisti Fəxri adına layiq görülüb.

2014-cü ildə "Mən gəldim, qızlar" ("Müharibə") əsərində canlandırdığı kor ata obrazına görə "Humay" mükafatına, .2017-ci ildə "Nar bağı" filmindəki roluna görə, 13-cü Avrasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı kişi rolu” mükafatına layiq görülüb.






Starxeber Bizi instagramda izləyin