17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 13.04.2020 126

Xəbər verdiyimiz kimi dünən Azərbaycanda koronavirusa yoluxanların sayı 40, sağalanların sayı 50 nəfər olub.

Ümumilikdə son bir neçə gündə ölkə ərazisində koronavirusa yoluxanların sayı azalmağa doğru gedir. Əgər yoluxma sayı aprelin 20-nə kimi azalma tendensiyası ilə davam etsə, ölkə ərazisində karantin rejimi ləğv edilə bilərmi?

operativ24.az xəbər verir ki, Bununla bağlı SONXEBER.AZ-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, karantin rejimi ilə bütün qərarları Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah verəcək: "Karantin rejim elədir ki, onun haqqında hər kəsin subyektiv fikir söyləməsi doğru deyil. Operativ Qərargah dünyada gedən prosesləri və Azərbaycanda pandemiyanın meyilllərini müəyyən edərək qərar verəcək.

İki gündür ki, yoluxma sayınsa azalma var. Bu bizi çox sevindirir. Bu həftə ərzində enmələr davam edərsə təbii ki, yaxın zamanda karantin rejiminin daha yüngüləşdirilmiş formasına keçərik.

Düşünmürəm ki, birdən-birə biz karantin rejimindən imtina etməliyik. Karantin rejimindən tam imtina yox, bir az yüngülləşməsindən söhbət gedə bilər. Koronavirus pandemiyasının belə bir xüsusiyyəti var ki, bir həftə içində azalma olsa da, digər həftədə artım ola bilər. Düşünürəm ki, 14 günlük deyil, 28 günlük müddəti gözləmək lazımdır. Elə yoluxan insanlar var ki, inkubasiya dövrü ləng gedə bilər.

Daha sonrakı mərhələlərdə aşkar oluna bilər. Ona görə də düşünmürəm ki, aprelin 20-də biz karantin rejimindən tam imtina edə bilərik. Hər halda bu azalma davam etsə, karantin rejiminin bölgələr üzrə müəyyən şərtlərini yüngülləşdirmək olar.

Mayın əvvəllərinə qədər biz hələ də karantin rejimini davam etdirməliyik".






Starxeber Bizi instagramda izləyin