10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Mədəniyyət 14.12.2019 155

"Türkiyədə müalicəm işə yaradı. Özümü yaxşı hiss edirəm. Amma müalicəmi davam etdirmək üçün yenidən Türkiyəyə qayıtmalıyam".

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində Xalq artisti Naibə Allahverdiyeva bildirib. Aktrisa Türkiyədə aldığı müalicəsinin ona baha başa gəldiyini bildirib:


"Beyin və qan təzyiqimin yuxarı olması ilə bağlı səhhətimdə ciddi problemlər yarandı. Ona görə də Türkiyəyə getdim. İnanın, müalicəm mənə baha başa gəldi. Orada həkimlər və müalicə çox bahalıdır. Həddindən artıq çox pulum çıxdı”.

N.Allahverdiyeva müalicəsi ilə bağlı maliyyə baxımından aldadıldığını da dilə gətirib, gileyləndi:

"Türkiyədə müalicə aldığım klinikanın distribüteri Bakıda da var. Onların yolu ilə Türkiyədəki həmin klinikaya getdim. Amma məni aldatdılar. Mənim vəziyyətim elə kritik idi ki, götür-qoy etməyə və düşünməyə zamanım yox idi. Təcili olaraq getməli idim. Türkiyədə soyuldum. Çox bahaçılıqdır. Türk vətəndaşlarının tibbi sığortası var. Ona görə onların xəstəxanalara bizim kimi külli miqdarda xərcləri çıxmır. Bakıdan gedəndə Türkiyədəki klinikanın bu qədər baha olduğunu mənə söyləmədilər. Ora tək getməmişdim, yanımda yaxın qohumum var idi. Özümdə-sözümdə deyildim. MRT-yə ödəcəyim pulun miqdarını mənə söyləyəndə şoka düşdüm”.

Bir iynənin ucbatından komaya düşüb, vəziyyəti ağırlaşan xalq artisti Bakıda müalicəsinin onun üçün riskli olduğunu anlayıb, məhz bu səbəbdən Türkiyəyə üz tutduğunu vurğuladı:

"Bakıda müalicəmə kifayət qədər böyük məbləğdə pul xərclədim. Onlar mənə dəqiq diaqnoz da qoya bilmədilər. Vəziyyətin daha da gərginləşdiyini gördükdən sonra, qorxub, təlaşlanıb çarəni Türkiyəyə getməkdə gördüm. Səhhətim çox pis və ağır idi. Burada müalicə aparmaqdan imtina etdim. Çünki həkimin bir iynəsi məni "koma halı”na saldı, "şoka” düşdüm. Bundan sonra gözüm çox qorxdu. O üzdən qərar verdim ki, Türkiyəyə gedib, orada müalicə almalıyam.

Mən artıq işə çıxıram. Mədəniyyət Nazirliyi, bir çox sənət yoldaşlarım və məni sevən pərəstişkarlarım zəng vurub səhhətimlə maraqlandılar. Onların hər birinə öz təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, bir müddət bundan əvvəl Naibə Allahverdiyeva əsəblərinin pozulduğunu və qan təzyiqindən əziyyət çəkdiyini bildirmişdi. 






Starxeber Bizi instagramda izləyin