10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 30.04.2019 456

ATV-də yayımlanan "V Element" verilişinin aparıcısı Kamilə Babayevanın Open.az-a müsahibəsini təqdim edirik:
- Əvvəllər Kamilə Babayevanı tez-tez ekranlarda görürdük. Daha sonra isə efirdən uzaqlaşmağa başladınız. Həmin ərəfədə nə baş verirdi?
- Kənardan mən də eşidirəm, deyirlər, uzaqlaşdın. Əslində dərin bir məsələ yoxdur. Sadəcə bir yaş dövrün var ki, elə bilirsən marafondasan. Digərləri ilə özünü müqayisə edirsən. Daha sonra başa düşdüm ki, müəyyən şeyləri etməyi bacardım. Özü də ancaq ölkədə yox, xaricdə də. Bir yerdən sonra şüurun sənə deyir ki, yavaş-yavaş oturuşmaq zamanıdır. Mən uşaqlıqdan həyatımı necə istəyirdimsə, o etaplarla hələ də davam edirəm. İllər öncə xoşbəxtliyimiz başqa cür idi.
- Demək istəyirsiniz ki, illər öncə xoşbəxt olmaq daha asan idi?
- Təbii ki, illər öncə daha gənc idin, yorulmurdun. Məsələn, rayonda çəkiliş olanda, bir balaca avtomobilə 6 nəfər sığışıb gedirdik. Rəfiqələrimə zəng edirdim ki, İsmayıllıda çəkiliş var, toplaşıb gedirdik. Həm işləyirdik, həm dincəlirdik. Bu sənə qəribə bir xoşbəxtlik verirdi. İndi rayona çəkilişin olanda heç həvəsin olmur kiməsə deyəsən ki, onunla birlikdə gedəsən. Bu arada siz nə vaxt “Stop” desəniz, mən dayanacam və ikinci suala keçid alacayıq. Yoxsa mən çox danışacam.
- O illərdə siz də ulduzluq xəstəliyinə tutulmuşdunuz?
- Yox, tam əksinə. Xüsusi ilə sevdiyim insanlara qarşı çox səmimiyəm. Məsələn, İlham Qasımovun toyu idi, məni çağırmamışdı. Mən isə onu çox istəyirdim. Ola bilərdi ki, yaddan çıxmışdım ya nə idisə. Özünə yığdım ki, mən sənin toyuna gəlirəm. O da dedi ki, “mən səni çağıracaqdım da”. Dedim fərqi yoxdur, çağırdın, çağırmadın gəlirəm. Məndə heç vaxt “ulduzam, tanınmışam” havaları olmayıb.


- “Google”da son müsahibənizi axtardım, tapa bilmədim. Tapdımsa da, illər öncə alınmış müsahibə idi. Hansı səbəbdən müsahibə vermirsiniz?
- Hər şeydə bir durğunluq yaşandığı kimi, jurnalistikada da bir durğunluq yaşandı. Mənə elə gəlirdi ki, jurnalistlər eyni mətni götürüb, kopyalayıb yerləşdirirlər. Hiss elədim ki, bunlar çox maraqsızlaşır. Ona görə bir müddətlik buna son verdim. İndi yeni beyinlər cücərir, maraqlı ab-hava hiss edirəm.Ona görə yenidən müsahibələr verməyə başlayıram.
- Aparıcı kimdir və məsuliyyəti nədir?
- Aparıcının məsuliyyəti əsasdır. Biz hər birimiz ailəmizi təmsil edirik. Dövlət olaraq da bir ailəyiyik. İstənilən halda siz mənim qardaşımsınız. Aparıcı da öz ölkəsini, xalqını təmsil edir. Lakin hər şeyin bir əndazəsi var. Aparıcıya uşaqlar, gənclər, yaşlılar baxır. Ona görə bunu düşünüb məsuliyyətini dərk etməlisən. Dediyin söz mətndə yazılan söz olmamalıdır, ürəyindən gələni deməyi bacarmalısan. Kitab oxumaq vacibdir. Düzdür, mən son illərdə oxumamışam. Bəlkə də, bu düzgün təhlil deyil. Özü də oxuyanla, oxumayanı yaxşı tanıya bilirsən. Kitabı oxuyan təhlil edir, oxumayan şəklin çəkib qoyur.
- Sizcə, verilişlərimiz xalqın lehinə yoxsa əleyhinədir?
- Hamısını deməzdim, amma əksinə əleyhinədir. Əfsuslar olsun ki, sosial şəbəkələr efirləri üstələyib. Efirlərin əl-üzünü yumaq fikrində deyiləm. Bu gün hər kəs öz zövqünə görə verilişini seçir. Lakin istənilən məsələdə sosial şəbəkələrin böyük rolu var.İnsanlar məsələyə daha böyük bucaqdan baxmağı bacara bilməlidir. Təkcə özümüzü düşünüb yola çıxmasaq, bugünkü görüntü olmazdı.
- Nə düşünürsünüz, bu belə davam edəcək?
- Deməzdim. Məsələn, türklər illər öncə balet nədir bilmirdi, kitab oxumazdılar. Verilişlərində çox bayağılıq var idi. Amma xalq olaraq onları geridə qoydular. Bu gün onlar övladlarını baletə yollayır, Dostoyevski oxuyurlar. Halbuki biz bunları illər öncə etmişik. İndi biz onların keçmiş dövrünü yaşayırıq. Sözüm odur ki, bu dövr də bitəcək. Sadəcə vaxtı var. Zövq elə bir şeydir ki, hər kəs öz-özlüyündə mübarizə aparmalıdır.
- Ehtiyacdan nəyi qəbul etmisiniz?
- Bu barədə heç yerdə danışmamışam. Yəqin ki, bu sualı verən də olmayıb. Kollecə qəbul olmuşdum, amma oxuya bilməzdim. Çünki yarım illiyim geridə qalmışdı. Sadəcə bir məbləğ var idi ki, ödəməliydim. Amma çətin dövlər idi. Bu mövzu isə səhər həll olmalı idi. Bir kiçik televiziya kanalı var idi. Orada çalışırdım. O kanalda vəzifəli birisi var idi. Kanaldan çıxanda onunla rastlaşdım. Məndən soruşdu ki, “sən burada neynirsən?”. Qeyri-ixtiyari dedim ki, sizə sözüm var. Dedim ki, “Kollecə qəbul olmuşam, amma maddi vəziyyətimə görə məni oradan "atırlar". Verirsiz verin, vermirsinizsə mən sizə ağız açmayacam”. Problemimin həll olunmasına inanmırdım. Bir dəfə pilləkənlərlə yuxarı qalxanda, həmin kişi məni yanına çağırdı. O, lazım olan məbləği mənə verdi və işim həll oldu.
- Azərbaycan cəmiyyətində qadın yoxsa kişi üstündür?
- Elə dövrdəyik ki, kişilər və qadınlar eynihüquqludurlar. Təbii ki, mən öz prizmamdan belə danışıram. Məsələn, bizim evdə çox humanist bir ab-havada yaşayıram. Cəmiyyətdə çox olmuram, bəlkə də bu səbəbdən tam cavab verə bilmirəm. Efirdə olan məsələləri şou kimi qəbul edirəm. Əvvəllər də qadına qarşı şiddət olurdu və məsələ ictimialəşmirdi. İndi sosial şəbəkə vasitəsi ilə hər şey üzdə baş verir. Deyə bilmərəm ki, qadınlarımız zəifdilər. Bu gün qadınlar baxımlıdır, savadlıdır, böyük şirkət rəhbərləridir. Qadınlar hazırda həmrəydirlər. Qadınlar arasında rəqabət də var, amma daha çox birlik nümayiş etdirirlər.
- Eşitdiyimiz görə, çantalara xüsusi sevginiz var...
- Haqlısınız. Əvvəllər ayaqqabı və çantaya çox meyilli idim. İndi isə tam başqa şeylərə bağlıyam. Dostluğa və mənəvi münasibətlərə bağlıyam. Keçmişə baxanda yenə gülməyim tutur.
- Sosial şəbəkədə paylaşımlarınızı izləyirik. Özü də çox aktivsiniz, lakin Azərbaycan yox, ingilis şriftlərindən istifadə edirsiniz. Bunun səbəbi nədir?
- Çox yaxşı sualdır. Düz deyirsiniz, ingilis şriftindən əziyyət çəkirəm. Telefondan da başım çıxmır. Gənc dostlarım da xaricdəndir deyə, onların da bir o qədər başı çıxmır. Müsahibədən sonra o tətbiqi telefonuma yükləməyinizi xahiş edirəm. “Ş” hərfini “W” kimi yazan insanlara qarşı da qıcıq oluram. Sən demə, mən də sizləri əsəbiləşdirirəmmiş.
- Mühafizəkarsınız?
- Mühafizəkarlığım özümlə bağlıdır. Baxıram özümə, nəyi çox hiss edirəm onu azaldıram. Balansı qorumağa çalışıram. Zamanla da ayaqlaşıram. Elə mühafizəkarlığım var ki, zamanla uyğun gəlməyə bilər. Gəncliklə uyğunlaşmalısan.

Kamilə Babayeva: Azərbaycanda qadın hüquqları pozulmur
- Milli Televiziya Radio Şurasının fəaliyyətindən razısınızmı?
- Onların tənqidlərini saytlarda görürəm. Aparıcıların dil qüsuruna yaxud efirdə hərəkətləri ilə bağlı ciddi tənqidlər görürəm. Amma bu tənqidlərdən sonra bir dəyişiklik görmürəm. Deyilir, lakin təsiri olmur.
- Bəlkə bir az daha sərtlik nümayiş etdirməlidirlər?
- Sərtlik də nümayiş etdirsələr, deyəcəyik ki, bizi sıxırlar. Biz demokratik dövlətdə yaşayırıq. Çox incə körpüdür. Sanki şifahi deyilir, elə orada da qalır.
- Sizcə də keçmiş verilişlərimiz daha keyfiyyətli deyildi?
- Keçmiş verilişlərimiz səliqəli idi, əndazəsi var idi.İnsana çox şirin gəlir. Keçən dəfə bir tamaşa izlədim, adama necə ləzzət edir.
- Hansı illərə qayıdardınız?
- Heç bir ilə qayıtmazdım. Ən gözəl günüm bu gündür. Keçmişə ilişib qalmıram. Yaşadım, gördüm, bəyəndim və bitdi. Sabahı düşünürəm. İstər yaxşı, istər pis. Ən doğrusu, keyfiyyətlisi bu gündür.
- Nədən zəhləniz gedir?
- Qeyri-səmimi insanlardan xoşum gəlmir. Amma onu da bilirəm ki, hər kəsin səmimi olmaq kimi məcburiyyəti yoxdur. Səmimiyyət mövzusu qəlizdir. Bu mənim üçün səmimiyyət ola bilər, başqası üçün tərbiyəsizlik. Dostum olan insanların səmimi olmamasını sevmirəm. Yenə də deyirəm səmimi olub, ayaqlaşmalısan. Bunu da mənə balamın nənəsi öyrədib.
- Ziyalılarımız və əsl sənətkarlarımız cəmiyyət üçün, onların zövqü və düşüncəsi üçün yetəri qədər mübarizə aparır?
- Biz “V Element” verilişini hazırlayırıq. Elə ziyalılarımız var ki, onları efirdə görmək istəyirik. Yeni nəslin onların fikirlərinə ehtiyacı var. Amma gəlmirlər. Zəng edirik, məktub yazırıq, özümüz gedirik, amma yenə də gəlmirlər. Sizin gələcəyiniz üçün vuruşmalıdırlar. Öz həyatı üçün missiyalarını yerinə yetiriblər. Bəs yeni nəsil necə olsun? Ataq bir-birimizin boynuna ki, “at ölüb, itlərin bayramıdır?”. Qalsaq, vuruşsaq, onları sıxışdırsaq daha yaxşı olar. İstər-istəməz qeyri-peşəkarlar efirlərdən və cəmiyyətdən uzaqlaşacaqlar. .
- Yeri gəlmişkən, balanızın nənəsi ilə münasibətiniz necədir?
- Çox gözəl münasibətimiz var. Çox sevdiyim və hörmət etdiyim xanımdır. 80 yaşı var və çox müasirdir. Ən kiçik nəvəsi ilə də dil tapır. Deyir dünyanın nəbzini tutun. O gün mənə deyir ki, çoxlu gəzin və dünyanı görün. Deyin, gülün. Əşya yox, xatirə toplayın.






Starxeber Bizi instagramda izləyin