Azərbaycanın xalq artisti Azər Zeynalova ağır itki üz verib.
Tanınmış müğənninin anası Elmira xanım vəfat edib.
Bu barədə sosial şəbəkədə ailəyə yaxın olan adamlar xəbər yayıb.
Qeyd edək ki, Elmira xanım vaxtilə Azərbaycan Dövlət Televiziyası Təbliğat Baş Redaksiyasının şöbə müdiri işləmiş, hazırda "Azərbaycan" qəzetinin redaktor müavini olan Zeynal Vəfanın həyat yoldaşıdır.
///Open.az