22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Maqazin 29.04.2019 291

Məşhur simalar İnstaqram səhifələrində yayımladıqları reklam qarşılığında aldıqları qonorarı açıqlayıblar. 

"ATV maqazin onlarla" tanınmışlara bunla bağlı sual ünvanlayıblar.

Elza Seyidcahan bildirib ki, oradan çox yaxşı qazanc əldə edir.

Sevda Yahyayeva bildirib ki, çəkildiyi reklamlardan və İnstaqram səhifəsindən o da pul qazanır.

Sevil və Sevinc Səfərovalar isə evlərinin xərcini məhz oradakı paylaşımlarla ödədiklərini bildiriblər:

"Bir post paylaşmışıq 5 min manat".

Tünzalə Ağayeva isə İnstaqramı bazar adlandırıb:

"Bəlli qiymət var. Ona isə hər kəs razılaşa bilməz. Ağır qiymətdir".

Roza Zərgərli də İnstaqram paylaşımından pul qazanan tanınmışlardandır. O isə məbləği kamera qarşısında açıqlamaqdan qaçıb. 

Gülüstan Əliyeva da sosial şəbəkədə reklamı baha qiymətə yayımlayır:

"5 minə də, 2 minə də paylaşımım olub".

Fatimə Fətəliyeva isə bir paylaşımı 500-1000 manat arası etdiyini açıqlayıb. Fatimə paltara, zinnət əşyalarına pul vermədiyini açıqlayıb:

"15, 17 minlik dəstlər verirlər. Hətta 22 minlik dəst də verirlər ki, taxım. Paltara pul xərcləmirəm". 

Nadir Qafarzadə isə İnstaqramdan qazanılan pulları haram sayıb.
 
///Axşam.az






Starxeber Bizi instagramda izləyin