17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Maqazin 21.11.2019 357

Azərbaycanda vergidən yayınanlar arasında şou-biznes nümayəndələri üstünlük təşkil edir.

operativ24.az Redaktor.az-a istinadən  xəbər verir ki, məşhurlar vaxtaşırı mediaya müsahibələrində və “İnstagram”da toy qiymətlərini açıqlayırlar. Reklam kimi istifadə olunan bu rəqəmlər göz qamaşdırır. Bəs, onlar qazandıqlarından nə qədər vergi ödəyirlər?

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev müğənnilərin dövlətə vergi ödəmələri ilə bağlı maraqlı  bir məsələyə toxunub. O, parlamentin plenar iclasında bildirib ki, elə müğənnilər var ki, 10-14 min manata toya gedir, lakin vergi ödəmirlər:
 
“30 manat vergi onlar üçün necə sadələşdirilmiş vergi ola bilər ki? Biz çəkməçidən 5 manat alırıq, bir toya 10 minə gedəndən 30 manat. Bu, nə dərəcədə ədalətli vergi sistemidir?”.

Bu insanların dövriyyəsinə nəzarət etmək çox çətindir. Faktiki olaraq hər hansı ticarət mərkəzinə kassa və ya bir neçə kamera quraşdırılır. Amma müğənninin fəaliyyətini izləmək üçün texniki vasitə mümkün deyil.

Vergilər Nazirliyi isə şou-biznesi təmsil edən vergiödəyicilərinin vergidən necə yayınmasını müəyyən edə bilib:

“Şou-biznes nümayəndələrinin toylarda və digər tədbirlərdə çıxış etmək müqabilində faktiki olaraq aldıqları və rəsmi bəyan etdikləri qonorarlarının məbləği arasında ciddi uyğunsuzluqlar aşkar olunub. Əsas problem isə bu təbəqədən olan vergiödəyicilərin əldə etdikləri gəlirləri toyların keçirildiyi şadlıq evlərində tətbiq olunan "Qeydiyyat kitabı"nda düzgün əks etdirməmələridir. Araşdırmalar göstərir ki, istər Bakı şəhərində, istərsə də respublikanın digər bölgələrində fəaliyyət göstərən istirahət, əyləncə, ictimai iaşə və digər obyektlərdə bir çox hallarda "Qeydiyyat kitabı"nın aparılmasına lazımi diqqət yetirilmir, çıxış edən müğənnilərin aldıqları qonorarların cüzi bir hissəsi "kitab"a salınır", - deyə Vergilə Nazirliyindən bildirilib. 

Vergilər nazirinin müavini Sahib Ələkbərov isə müğənnilərin düzgün vergi ödəmələri üçün yaxın vaxtlarda uçot məsələsi ilə bağlı ciddi tədbirlərin aparılacağını deyib.






Starxeber Bizi instagramda izləyin