22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 11.04.2019 327

Bir neçə gün öncə Rusiyanın "Sobesednik.ru" saytında 2012-ci ildə Moskvada avtomobilində qətlə yetirilən "Danabaş" ləqəbli azərbaycanlı kriminal avtoritet İlqar Cəbrayılovun (Əliyevin) Çexiyanın paytaxtında peyda olduğuna dair məlumat yayılıb.

Məlumatda bildirilirdi ki, 2015-ci ildə Çexiyada "Mega Color" adlı firma qeydiyyatdan keçib, bu firmanın həmtəsisçilərindən biri isə İlqar Cəbrayılov adlı şəxsdir. Hansı ki, həmin vaxt o, artıq 3 il əvvəl ölmüş olmalıydı... Araşdırma nəticəsində doğum tarixi və Moskva adresi də mərhumunku ilə üst-üstə düşüb. 



STARXƏBƏR.AZ xəbər verir ki, İ.Cəbrayılovun oğlu İbrahim Əliyev qafqazinfo-nun redaksiyasına gələrək bildirib ki, atasının yaşadığı yönünndə çıxan xəbərlər əsassızdır. 

O, atasını 2012-ci ildə ailə üzvləri ilə birlikdə Yasamal qəbiristanlığında dəfn etdiklərini söyləyib: "Bu xəbəri eşidəndə həm güldüm, həm də sevindim. Bəzən olur axı, yeraltı dünyanın ölü bildiyimiz adamları sağ çıxır. Lakin bu atamla bağlı məsələyə aid deyil. Biz 3 qardaşıq, mən ən kiçiyiyəm. Atamın dəfnində, meyitinin yuyulmasında qardaşlarımla birgə iştirak etmişəm. Bu informasiyalar, sadəcə, təxribat xarakteri daşıyır. Biz istəyirik atamızın ruhu şad olsun".






Starxeber Bizi instagramda izləyin