10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 31.10.2019 298

Payızın son ayı küləkli, yağıntılı keçəcək, temperatur aşağı düşəcək

Noyabr ayı ərzində ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit, küləkli, yağıntılı keçəcəyi gözlənilir. Birinci ongünlüyün ikinci yarısında və ikinci ongünlüyün bəzi günlərində hava temperaturunun iqlim normasından bir qədər yüksək olacağı, hava şəraitinin nisbətən mülayim keçəcəyi gözlənilir.

Qeyri-sabit, güclü küləkli hava şəraiti isə üçüncü ongünlükdə ehtimal olunur. Ayın son günlərində havanın temperaturu iqlim normasından bir qədər aşağı enəcək.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 10-12 dərəcə isti (gecələr 9-14, bəzi günlərdə 6 dərəcəyədək isti, gündüzlər 14-19, bəzi günlərdə 10-12 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 28-38 mm) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 5-10 dərəcə isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə dağlarda 3-8 dərəcə şaxta, gündüzlər 13-18, bəzi günlərdə 8-10 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 18-28 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

orta aylıq temperaturun 3-6 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 0-5 dərəcə isti) gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (27-34 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 8-10 dərəcə isti (gecələr 6-11, bəzi günlərdə 0-3, gündüzlər 14-19, bəzi günlərdə 8-12 dərəcə isti) gözlənilir ki, bu da iqlim norması yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (15-24 mm) gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 5-9 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərda dağlarda 5-10 dərəcə şaxta, gündüzlər 11-16, bəzi günlərdə 5-9 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 29-73 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 9-12 dərəcə isti (gecələr 8-13, bəzi günlərdə 0-4, gündüzlər 15-20, bəzi günlərdə 8-13 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 25-45 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 7-12 dərəcə isti (gecələr 7-12, bəzi günlərdə 2-4 dərəcə isti, dağlarda 3-8 dərəcə şaxta, gündüzlər 14-19, bəzi günlərdə 7-12 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 55-170 mm) gözlənilir.






Starxeber Bizi instagramda izləyin