Oktyabrın 30 və 31-də Rusiyanın Xalq artisti Filipp Kirkorov Bakıda yeni solo konsert proqramı ilə çıxış edəcək.
F. Kirkorov Bakı Konqres Mərkəzində bənzərsiz transformer-səhnə, fantastik liftlər, yüzlərlə kostyum, 80 içtirakçı və 3D qrafikalı ekranlarla olan yeni "#ЦветНастроения" ("#Əhvalın
rəngi") adlı konsert proqramını təqdim edəcək.
Proqramda yeni mahnılar, köhnə hitləri səsləndirəcəyini bildirən Kirkorov tamaşaçıları təəccübləndirəcəyinə söz verib.
O, azərbaycanlı pərəstişkarları üçün sürprizlər hazırladığını söyləyib.
//axsam.az