22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 27.09.2019 1 301

Bir qadına qarşı törədilən şiddət, qəddarlıq dünya qadınlarına qarşı zorakılıqdır

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ailəsində baş verən hadisə bir daha göstərdi ki, Əli Kərimli və onun ətrafı şiddəti və qəddarlığı dəstəkləyir. Bu isə ona dəlalət edir ki, Əli Kərimli öz məqsədlərinə çatmaq üçün ən qəddar metodlardan istifadə edə və hətta öz yaxınlarını qurban verə bilər.



Bu sözləri deyən Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, beynəlxalq sənədlərdə qadına qarşı işgəncə, şiddət və qəddarlıq cinayət kimi qəbul olunur:

"Beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə birbaşa göstərirlir ki, bir qadına qarşı törədilən şiddət, qəddarlıq dünya qadınlarına qarşı zorakılıqdır. Konkret faktda isə qadına qarşı zorakılığı hakimiyyət iddiasında olan şəxs törədib. Yəni, əgər Əli Kərimli prezident olmaq niyyətindədirsə, yəqin ki, Fuad Qəhrəmanlı baş nazir-zad olmaq arzusunda olar. Belə bir vəzifə arzusunda olan şəxsin qadına qarşı zorakılıq törətməsi heç şübhəsiz ki, cinayətdir və məsuliyyət yaradır".

Onun sözlərinə görə, bu cinayəti görərək gizlədən də məsuliyyət daşımalıdır: "Doğma övladının dizini qıran, həyat yoldaşına işgəncə verən şəxsin hansı hakimiyyət iddiası ola bilər? Bir var hansısa cinayəti sıradan olan vətəndaş, bir də var ki, beynəlxalq və yerli qanunvericilikdən xəbəri olan, hakimiyyətə gəlmək uğrunda mübarizə aparan şəxs törətsin. Hətta ucqar bir dağ rayonunda məişət zorakılığına yol verildikdə, özümüzü qınayırıq ki, maarifləndirmə işini yaxşı aparmamışıq. Amma vəzifəli adam, özünü "ana müxalifət" hesab edən, hakimiyyətə gəlmək, prezident olmaq istəyən adam qadına qarşı işgəncə törədir, bunu görüb bilənlər isə susur. Deməli, bu insanlar məqsədlərinə çatmaq üçün bütün ətrafını qurban verməyə hazırdırlar. Odur ki, qadına qarşı törədilmiş cinayətə görə Əli Kərimli də cinayət ortağı kimi məsuliyyət daşıyır. Hətta, Fuad Qəhrəmanlının qızının yayımladığı məktubda adı keçən digər şəxslər də eyni məsuliyyəti daşıyırlar. Bu baxımdan onlar ən azından Azərbaycan qadınlarından üzr istəməlidirlər".
 
///Olaylar.az






Starxeber Bizi instagramda izləyin