Müğənni Dəniz Firudinlinin "İnstagram" hesabından paylaşdığı fotosu skandal yaradıb.
Metbuat.az xəbər verir ki, əyilərək poz verdiyi foto paylaşan müğənninin paylaşımına yazılan "adama gəl-gəl deyir" rəyinin yazılması onun əri, kikboks üzrə dünya çempionu olan Samir Kazımovu özündən çıxarıb.
Samir rəy yazan şəxslə mübahisə etdikdən sonra, onu görüşə çağırıb. Skandalın böyüdüyünü görən Dəniz Firudinli fotonu silib.
Qeyd edək ki, bu, Dənizin ikinci evliliyidir. Onun iki övladı var.