"Pulumu artıq versələr, toyda aş da gətirərəm. Niyə də yox? Aş gətirməyə gülürük. Amma normaldır".
Bu sözləri müğənni Kərim Abbasov "Üç əlli" verilişində deyib.
Sənətçi toyda aşgətirmə prosesindən danışıb:
"Rəqqaslarla, oynamaqla gəlirəm, aşı verirəm. Bunun üçün 4 min istəyərəm. Məncə, bu pulu verməzlər. Versələr, edərəm, hətta mahnı da oxuyaram".