10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 25.09.2019 418

"30 manat bəzi dövlətlərdəki rüsumla müqayisədə xeyli aşağıdır"

“Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun 20 manatdan 30 manata qaldırılması planlaşdırılır".  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bununla bağlı şərh verib. O, bu sahədə vətəndaşlarımızı hansı yeniliklər gözlədiyini açıqlayıb. 

DİN rəsmisinin sözlərinə görə, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində hazırda nazirlik zəruri tədbirlər görülür ki, bunlardan biri də avtonəqliyyat vasitələrinə texniki baxış sisteminin təkmilləşdirilməsidir.

“Bu sahədəki yeniliyin əsas məqsədi istismara yararsız, nasaz vəziyyətdə olan avtomobillərin iştirakı ilə baş verən qəzaların sayının minimallaşdırılması, ətraf mühiti çirkləndirmə səviyyəsinin aşağı salınması və bir sıra hallarda nəqliyyat vasitələri sahiblərinin narazılığına səbəb olmuş neqativ halların aradan qaldırılmasıdır.

Eyni zamanda nəqliyyat vasitələrinin yanacaq sərfiyyatının, akustik səs effektinin azaldılması və baxımlı nəqliyyat vasitələrinə nail olunması, daha keyfiyyətli avtomobil parkının yaradılması hədəflənir. Ən başlıcası texniki baxışı operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri əsasında təşkil etməklə vətəndaş məmnunluğunun təmin olunmasıdır.
O ki, qaldı texniki baxış üçün nəzərdə tutulan dövlət rüsumuna, qeyd edim ki, təklif olunan 30 manat və ya 17 ABŞ dollarına bərabər olan bu rüsum bir sıra dövlətlərdəki analoji məbləğlərlə müqayisədə xeyli aşağıdır. Məsələn, Avropa ölkələrində texniki baxış üçün rüsum, təxminən, 150, qonşu Gürcüstanda isə hətta 20 ABŞ dollarıdır. Müasir avadanlıqlar və müayinə sistemləri ilə təchiz edilmiş yeni Texniki Baxış Mərkəzləri üçün planlaşdırdığımız tədbirlər sırasında bu qurumlarda vətəndaş axınının idarə olunması, onları qarşılama, dinləmə, izah etmə, bir sözlə vətəndaş məmnunluğuna xidmət edəcək digər vacib məsələlərin həlli də nəzərdə tutulub”.

Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklik parlamentin 30 sentyabrda keçiriləcək iclasında müzakirə ediləcək. Layihəyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılır.

Qanun qəbul ediləcəyi halda, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.






Starxeber Bizi instagramda izləyin