10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Maqazin 23.09.2019 5 727

Ölümə bəzilərimiz adi, bəzilərimiz isə qorxulu hadisə kimi yanaşsaq da, bəzən taleyin qismətindən qaçmaq olmur. Kimi üçün erkən, kimi üçün isə gözlənilməz olan bu hadisə geridə qalanların ürəyində dərin izlər buraxır. Necə ki, bəzən tanınmış birinin qəfil ölümünü qəbul etməkdə çətinlik çəkirik. 

operativ24.az qafqazinfo-ya istinadən qəfil ölümü ilə hər kəsi şoka salan məşhurları təqdim edir: 

Müğənni Şəfa Hüseynova 2005-ci il dekabrın 4-də avtomobil qəzasına düşüb. Rayondan toydan qayıdan ifaçının yanında anası, qardaşı və sürücü olub. Müğənninin qardaşı yaralı halda xilas edilsə də, anası və özü faciəvi şəkildə dünyasını dəyişib. 
 


Ölümünə insanları inandıra bilməyən məşhurlardan biri də reper Hüseyn Dərya olub. 15 mart 2014-cü ildə avtomobil qəzasında ağır yaralanaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan Dəryanın həyatını xilas etmək mümkün olmayıb. Reperin ölmədiyini, qalmaqallardan bezdiyi üçün gizləndiyini və qəza xəbərini yaydığını iddia edənlər də oldu. 



"Çal-çağır" verilişində "Böyükxanım" obrazı ilə tanınan aktyor Ramiz Əliyev 2003-cü il avqustun 17-də avtomobil qəzası zamanı dünyasını dəyişib. 



Müğənni Samirə Bayramova 2014-cü il sentyabrın 26-da yol qəzasında ölüb. Qəzada ölərkən Samirənin bətnində körpəsi də olub. 



"Yeni Ulduz-2" yarışmasından tanınan gənc ifaçı Rəcəb Musayev 9 yanvar 2011-ci ildə avtomobil qəzasına düşüb. Rəcəb xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.



"Yeni ulduz" müsabiqəsinin daha bir iştirakçısı, "Əziz müəllimim" mahnısı ilə tanınan Leyla da yol qəzasında dünyasını dəyişib. Leyla ölərkən 2 aylıq hamilə olub. 



Xalq artisti İlhamə Quliyeva 2016-cı il fevralın 25-də qəfil ölümü ilə hər kəsi şoka salmışdı. Sənətçinin ölümünə inanmayanlar o qədər çox idi ki, xəbəri şayiə adlandıranlar da az deyildi. Ancaq müğənni ürək tromblaşmasından vəfat etmişdi. Müğənni 73 yaşında dünyasını dəyişib. 



Reper Anar Nağılbaz da qəfil ölümü ilə hər kəsin çaşqınlığına səbəb olmuşdu. Ötən il avqustun 4-də ölümü haqda sosial şəbəkələrdə məlumat yayılan müğənninin ölümü daha sonra təsdiqini tapmışdı. Spirtli içkini həddən artıq qəbul etməsi səbəbindən daxili qanaxma keçirən A.Nağılbaz xəstəxanada dünyasını dəyişib. Onun ölümündən qabaq ailə problemləri səbəbindən güclü stress keçirdiyi bildirilirdi. 



Klarnet ustası Sabirabadlı Zahid 2018-ci il dekabrda qəflətən dünyasını dəyişib.Onun anidən ürəyi partlayıb. 



2017-ci ilin noyabrında tanınmış jurnalist Natiq Qədimov ürəktutmasından süfrə başında vəfat edib. O, 41 yaşında infarktdan dünyasını dəyişib.



Müğənni Rüfət Mehdiyev 2011-ci ildə insultdan qəfil dünyasını dəyişib. 



Şən və Hazırcavablar Klubunun üzvü, millət vəkili Anar Məmmədxanov da illər öncə qəfil ölümü ilə hər kəsi kədərə boğmuşdu. Məmmədxanov 2011-ci ildə aprelin 23-də ürəktutmasından vəfat edib. 



Meyxana ustası Bayram Kürdəxanlı 2017-ci il avqustun 22-də gecə yol keçərkən avtomobil qəzası nəticəsində dünyasını dəyişib.



Tanınmış ginekoloq Səbinə Mirzəyeva da ölümü ilə tibb dünyası ilə yanaşı, pasiyentlərinin də üzüntüsünə səbəb olmuşdu. Çoxları onun ölümü ilə barışmır, şayiə ola biləcəyi ehtimalını irəli sürürdü. 2 oğul anası olan  Mirzəyeva  2018-ci il aprelin 3-də beyninə qan sızması nəticəsində vəfat edib. 








Starxeber Bizi instagramda izləyin